Almaniya şirkətlərinin iqtisadi varlığının təhlükə altında - ŞOK SƏBƏBLƏR

post-img

İqtisadi böhran və tənəzzül təhlükəsindən sonra Almaniyada təxminən hər 15 şirkətdən birinin iqtisadi varlığının təhlükə altında olduğu bildirilir.

XQ xarici mediaya istinadən xəbər verir ki, Almaniya şirkətlərini 6,8 faizi iqtisadiyyatdakı zəiflik səbəbindən varlıqlarını təhlükə altında görür.

Tikinti sektoruna nisbətdə 5,1 faizdən 8,9 faizə yüksələrək 2020-ci ilin iyun ayından bəri ən yüksək göstəriciyə çatıb. Bu göstərici logistika sektorunda 14 faiz, enerji tutumlu kimya sektorunda isə 13,5 faiz olub.

İqtisadi təhlükə altında olduqlarını bildirən şirkətlərin 35 faizi buna səbəb kimi tələb və ya sifarişin olmaması, 27 faizi çətin iqtisadi mühiti, 24 faizi inflyasiya, 14 faizi isə mövcud siyasi prosesləri səbəb göstərib.

Beynəlxalq Valyuta Fondu da Almaniya üçün artım gözləntisini mənfi 0,3 faizdən mənfi 0,5 faizə endirərək, Almaniyanın bu il azalan yeganə inkişaf etmiş ölkə olacağını bildirib.

Ayşən AZADOVA
XQ

İqtisadiyyat