Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 157 Bakı şəhəri, 12 may 2025-ci il

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 avqust tarixli 176 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası

Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarının ləğv edilməsi barədə

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 avqust tarixli 176 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 198 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti işçilərinin əmək intizamı haqqında Nizamnamə”nin 13-cü hissəsindən “və işçinin əmək kitabçasına qeyd olunur” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 5 dekabr tarixli 135 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 544 (Cild I); 2024, № 1, maddə 79) ilə təsdiq edilmiş “Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”nin 7.5-ci bəndinin üçüncü abzası ləğv edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596 (Cild I); 2024, № 3, maddə 335, № 9, maddə 1067) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 96-cı hissəsinin birinci cümləsində “iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə)” sözləri “əsas iş yeri üzrə” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 197 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 328, № 9, maddə 1090; 2025, № 2, maddə 180; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 mart tarixli 71 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”nin 2.3-cü bəndinin “b” yarımbəndinə “iş stajını təsdiq edən” sözlərindən sonra “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə” sözləri ilə əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 682 (Cild I) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 37-ci və 38-ci hissələrinin “a” bəndləri aşağıdakı redaksiyada verilsin:

“a) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində bağlanılmış əmək müqaviləsi”, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə əmək müqaviləsinin əsli;”.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 53 (Cild I); 2024, № 7, maddə 930) ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.13-cü bəndinin üçüncü abzasında “əmək kitabçasının olduğu işəgötürənin” sözləri “əsas iş yeri üzrə işəgötürənin” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 109 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 5, maddə 359 (Cild I) əlavə - “Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr”in 2.8.8-ci yarımbəndinin ikinci abzasının birinci cümləsindən “kollektiv” sözü çıxarılsın.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 15 sentyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 629 (Cild I); 2024, № 5 (II kitab), maddə 579) ilə təsdiq edilmiş “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi Qaydası”nın 2.11-ci bəndinin ikinci abzasından “və əmək kitabçasına” sözləri çıxarılsın.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 321 (Cild I) ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.10-cu bəndinin birinci cümləsi çıxarılsın.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 645 (Cild I); 2024, № 3, maddə 315, № 9, maddə 1090) ilə təsdiq edilmiş “Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

10.1. 17-ci hissənin ikinci abzasının birinci cümləsinə “hərbi bilet,” sözlərindən sonra “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə” sözləri əlavə edilsin;

10.2. həmin Qaydaya əlavə (Forma 2) – “ANKET”in 23-cü hissəsinə “əmək kitabçasına” sözlərindən əvvəl “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə” sözləri əlavə edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 651 (Cild I) ilə təsdiq edilmiş 12 nömrəli əlavə - “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası”nın 4.1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

11.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“İş stajı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasına əsasən müəyyən edilir.”;

11.2. ikinci cümlədə “Əmək kitabçası” sözləri “Qeyd edilən sənədlər” sözləri ilə və “onda” sözü “onlarda” sözü ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 658 (Cild I); 2024, № 4, maddə 446) ilə təsdiq edilmiş “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın 4-cü hissəsində “müəyyən edilmiş qaydada doldurulmuş” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1073 (Cild I); 2024, № 3, maddə 311) ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

13.1. 1.3-cü bənd üzrə:

13.1.1. üçüncü abzasda “yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər” sözləri “1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər” sözləri ilə əvəz edilsin;

13.1.2. dördüncü abzas ləğv edilsin;

13.2. 3.1-ci bəndin ikinci cümləsində “Məşğulluq” altsistemi (bundan sonra - MAS)” sözləri “Əmək və məşğulluq” altsistemi (bundan sonra - ƏMAS)” sözləri ilə və “MAS-a” sözləri “ƏMAS-a” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 446 (Cild I) ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 4.1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

14.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Qulluq illəri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasına əsasən müəyyən edilir.”;

14.2. ikinci cümlədə “Əmək kitabçası” sözləri “Qeyd edilən sənədlər” sözləri ilə və “onda” sözü “onlarda” sözü ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 270 (Cild I); 2024, № 1, maddə 111; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 mart tarixli 71 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na 3 nömrəli əlavə - “İxtisas məlumatlarının nümunəvi forması”nın 4-cü hissəsinə “işçilərinin” sözündən sonra “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışlar, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə” sözləri əlavə edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 553 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.10.4-cü yarımbəndinə “əmək kitabçası” sözlərindən əvvəl “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə” sözləri əlavə edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 695 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 612, № 9, maddə 1058) ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na aşağıdakı dəyişikliklər edilsin:

17.1. 3.3-cü, 4.2-ci və 6.6-cı bəndlərin yeddinci abzasları aşağıdakı redaksiyada verilsin:

“iş stajı olanlar üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasından çıxarış;”;

17.2. 3.18-ci bənddə “Doktoranturaya” sözü “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda doktoranturaya” sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 441 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası”nın 4.1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

18.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Xidmət illəri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasına əsasən müəyyən edilir.”;

18.2. ikinci cümlədə “Əmək kitabçası” sözləri “Qeyd edilən sənədlər” sözləri ilə və “onda” sözü “onlarda” sözü ilə əvəz edilsin.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072 (Cild I); 2025, № 2, maddə 187) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 9.13-cü və 9.14-cü bəndləri ləğv edilsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 20 iyun tarixli 133 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 631 (Cild I) ilə təsdiq edilmiş “Gənclərin kadr potensialı barəsində məlumat bankı haqqında Əsasnamə”nin 3.4.6-cı yarımbəndinə “əmək kitabçasının” sözlərindən əvvəl “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə” sözləri əlavə edilsin.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 260 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1199 (Cild I); 2024, № 5 (II kitab), maddə 582) ilə təsdiq edilmiş “Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 4.1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

21.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Qulluq illəri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasına əsasən müəyyən edilir.”;

21.2. ikinci cümlədə “Əmək kitabçası” sözləri “Qeyd edilən sənədlər” sözləri ilə və “onda” sözü “onlarda” sözü ilə əvəz edilsin.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 dekabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1384 (Cild I) ilə təsdiq edilmiş “Yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi Qaydası”nın 6.4-cü bəndindən “əmək kitabçasında və digər” sözləri və “həmin” sözü çıxarılsın.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 avqust tarixli 212 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1011 (Cild I); 2024, № 5 (II kitab), maddə 579) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 3.5-ci bəndinə “işçinin” sözündən əvvəl “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən işçinin əmək müqavilələrinə dair çıxarışa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə” sözləri əlavə edilsin.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 595 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.11.4-cü yarımbəndində “əmək kitabçasının surəti, əmək kitabçası” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti, qeyd edilən sənədlər” sözləri ilə əvəz edilsin.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 893 (Cild I); 2024, № 3, maddə 328, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə Qaydası”nın 3.3.1-ci yarımbəndinin 5-ci abzasına “əmək kitabçasının” sözlərindən əvvəl “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə” sözləri əlavə edilsin.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 oktyabr tarixli 324 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1238 (Cild I); 2024, № 4, maddə 441, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası”nın 3.1.6-cı yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“3.1.6. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının təsdiq edilmiş surəti;”.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1952 (Cild I); 2024, № 3, maddə 313) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nın 3.3-cü bəndinin birinci cümləsində “Əmək müqaviləsi bildirişi” sözləri “Əmək və məşğulluq” sözləri ilə əvəz edilsin.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1482 (Cild I); 2025, № 2, maddə 206) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

28.1. 2.2-ci və 10.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.2. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti.”;

“10.5. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti;”;

28.2. həmin Qaydalara əlavə - “Dövlət qulluğu üzrə müraciət Forması” üzrə:

28.2.1. 6.2-ci və 6.3-cü bəndlərə “əmək kitabçasının” sözlərindən sonra “(olduğu halda)” sözləri əlavə edilsin;

28.2.2. 6.5-ci bənddən “(əmək kitabçası üzrə)” sözləri çıxarılsın.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2564 (Cild I) ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nda aşağıdakı dəyişikliklər edilsin:

29.1. 1.1-ci bənddə “işsizlərə” sözü “işsiz, habelə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.2.2-ci, 21.1-ci və 24.1-ci maddələrinə uyğun olaraq aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran şəxslərə (bundan sonra – işsiz və işaxtaran şəxs)” sözləri ilə əvəz edilsin;

29.2. 1.2-ci, 2.1-ci, 2.2-ci və 2.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.2. Fərdi məşğulluq proqramı – işsiz və işaxtaran şəxsin işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədilə məşğulluq imkanlarının qiymətləndirilməsi əsasında hazırlanan, aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü, ardıcıllığını və icra müddətini, habelə işsizlikdən sığorta ödənişinin verilməsini və iş axtarışını müəyyən edən elektron sənəddir.”;

“2.1. İşsiz və işaxtaran şəxsin işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədilə Agentlik və ya Mərkəz tərəfindən fərdi məşğulluq proqramı tərtib olunur.

2.2. İşsiz və işaxtaran şəxs fərdi məşğulluq proqramının hazırlanması məqsədilə qeydiyyata alındıqdan sonra Agentliyin yerli qurumlarına və ya Mərkəzlərə gəlməli və ya onlayn rejimdə məsləhət xidmətindən keçməlidir.”;

“2.6. Bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq hazırlanmış fərdi məşğulluq proqramı işsiz və işaxtaran şəxsin elektron kabinetində əks olunur, işsiz və işaxtaran şəxs qeydiyyata alındığı tarixdən ən geci 14 gün ərzində onu ƏMAS-da təkmil sertifikatlı gücləndirilmiş elektron imza və ya digər elektron eyniləşdirmə vasitəsilə təsdiqləyir.”;

29.3. 1.3-cü və 2.3-cü bəndlərdə “işsizin” sözü “işsiz və işaxtaran şəxsin” sözləri ilə əvəz edilsin;

29.4. 2.5-ci bənddə “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin (bundan sonra – MEİS) “Məşğulluq” altsisteminə (bundan sonra - MAS)” sözləri “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək və məşğulluq” altsisteminə (bundan sonra - ƏMAS)” sözləri ilə əvəz edilsin və həmin bəndə “gücləndirilmiş” sözündən əvvəl “təkmil sertifikatlı” sözləri əlavə edilsin;

29.5. aşağıdakı məzmunda 2.7-ci və 4.4-cü bəndlər əlavə edilsin:

“2.7. İşsiz və işaxtaran şəxs fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə işaxtaran və işsiz kimi qeydiyyatı ləğv edilir.”;

“4.4. İşsiz və işaxtaran şəxs fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə işaxtaran və işsiz kimi qeydiyyatı ləğv edilir.”;

29.6. 3.1-ci bəndə “İşsiz” sözündən sonra “və işaxtaran şəxs” sözləri əlavə edilsin;

29.7. 3.2-ci bəndə “işsiz” sözündən sonra “və işaxtaran şəxs” sözləri əlavə edilsin;

29.8. 3.3-cü bəndin birinci cümləsinə “İşsiz” sözündən sonra “və işaxtaran şəxs” sözləri əlavə edilsin və həmin cümlədə “MAS-a” sözləri “ƏMAS-a” sözləri ilə əvəz edilsin;

29.9. 4.1-ci bəndin birinci cümləsində “MAS” akronimi “ƏMAS” akronimi ilə və ikinci cümləsində “İşsiz şəxsi” sözləri “İşsiz və işaxtaran şəxs” sözləri ilə əvəz edilsin;

29.10. 4.2-ci bəndin birinci cümləsində “İşsiz MAS” sözləri “İşsiz və işaxtaran şəxs ƏMAS” sözləri ilə əvəz edilsin və ikinci cümləsinə “işsiz” sözündən sonra “və işaxtaran” sözləri əlavə edilsin;

29.11. həmin Qaydaya 1 nömrəli əlavə - “Fərdi məşğulluq proqramı” üzrə:

29.11.1. “Fərdi məşğulluq proqramını yerinə yetirəcək şəxsin” hissəsində “işsizin” sözü “işsiz və işaxtaran şəxsin” sözləri ilə əvəz edilsin;

29.11.2. “Fərdi məşğulluq proqramının təsdiqi barədə” hissəsi aşağıdakı redaksiyada verilsin:

Fərdi məşğulluq proqramının təsdiqi barədə:

Proqramı hazırlayan şəxsin soyadı, adı, atasının adı

Agentliyin yerli qurumu və ya Mərkəzin məsul əməkdaşı

Tərəflərin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası və ya digər elektron eyniləşdirmə vasitəsilə təsdiq edilir

29.11.3. “**** Gücləndirilmiş elektron imza ilə təsdiqləndikdə imza və möhür sahələrində məlumat əks olunmur.” sözləri çıxarılsın.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2565 (Cild I); 2024, № 4, maddə 476) ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

30.1. 4.4-cü bənddə “Elektron İnformasiya Sistemində” sözləri “elektron informasiya sistemində” sözləri ilə əvəz edilsin və həmin bəndə “əməkhaqları barədə” sözlərindən sonra “(sığorta haqqı ödənilmiş)” sözləri əlavə edilsin;

30.2. 4.6-cı bənddə “Qanunu ilə işsiz kimi qeydiyyata alındığı” sözləri “Qanununa uyğun olaraq fərdi məşğulluq proqramını təsdiq etdiyi” sözləri ilə əvəz edilsin;

30.3. 5.2-ci bəndin birinci cümləsində “Məşğulluq” altsistemi (bundan sonra – MAS)” sözləri “Əmək və məşğulluq” altsistemi (bundan sonra – ƏMAS)” sözləri ilə əvəz edilsin;

30.4. 5.4-cü bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu Qaydanın 4.10-cu bəndində nəzərdə tutulan hal istisna olmaqla, bir sığorta hadisəsi üzrə ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində məşğul şəxs hesab edilməmiş şəxsin bir dəfə təkrar müraciət edərək həmin sığorta hadisəsinə görə yenidən minimum sığorta ödənişi almaq hüququ vardır.”;

30.5. 5.7-ci bənddə “qaydada şəxsən” sözləri “formada” sözü ilə əvəz edilsin;

30.6. 6.4-cü bənddə “MAS” akronimi “ƏMAS” akronimi ilə əvəz edilsin;

30.7. həmin Qaydaya 2 nömrəli əlavənin “Qeyd”inin 2-ci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Fərdi məşğulluq proqramının icrasının təmin edilməsi və bu barədə hesabatın təqdim edilməsi məqsədilə işsiz kimi qeydiyyata alındığınız tarixdən ən geci 14 gün ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə gəlməyiniz və ya onlayn rejimdə məsləhət xidmətindən keçməyiniz və hazırlanmış fərdi məşğulluq proqramını şəxsi elektron kabinetinizdə təsdiq etməyiniz tələb olunur.”.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1150 (Cild I); 2024, № 9, maddə 1104) ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

31.1. 1.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.12. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş hallarda peşə hazırlığına cəlb olunmuş və müvafiq kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə Agentlik tərəfindən müvafiq sənəd təqdim olunur.”;

31.2. 2.1.3-cü yarımbənddə “Məşğulluq” altsistemi (bundan sonra – MAS)” sözləri “Əmək və məşğulluq” altsistemi (bundan sonra – ƏMAS)” sözləri ilə əvəz edilsin;

31.3. 2.2-ci bənddə “MAS-da” sözləri “ƏMAS-da” sözləri ilə əvəz edilsin və həmin bəndə “işləmək qabiliyyətini itirdikdə” sözlərindən sonra “, həmin peşə (ixtisas) üzrə iş tapmaq mümkün olmadıqda və ya həmin peşə (ixtisas) üzrə bacarıqların artırılması zərurəti olduqda” sözləri əlavə edilsin.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1349 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

32.1. 1.1-ci bəndə “Nazirliyinin” sözündən sonra “(bundan sonra - Nazirlik)” sözləri və “qurumlarında” sözündən sonra “(bundan sonra – Agentliyin yerli qurumları)” sözləri əlavə edilsin;

32.2. 2.1-ci bəndə “işaxtaran” sözündən sonra “və ya işsiz” sözləri əlavə edilsin və həmin bənddə “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS)” sözləri “Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS)” sözləri ilə əvəz edilsin;

32.3. 2.2-ci, 4.1-ci və 4.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.2. Şəxs ərizə ilə müraciət etdiyi gün Agentliyin yerli qurumları və ya Mərkəz onun işsiz kimi qeydiyyata alınmasını istisna edən hal (Qanunun 5.12-ci maddəsində nəzərdə tutulmuş hallar) müəyyən etmədikdə işsiz, əks halda işaxtaran (Qanunun 5.8-ci maddəsində nəzərdə tutulmuş hallar, habelə 15 yaşına çatmayanlar istisna olmaqla) kimi qeydiyyata alınması haqqında qərar qəbul edir, bu barədə məlumat ƏMAS tərəfindən işaxtaran və işsiz şəxsin elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə göndərilir.”;

“4.1. Agentliyin yerli qurumları və ya Mərkəz vakansiya bankından münasib iş təklifini seçərək, işaxtaran və işsiz şəxsin elektron kabinetində yerləşdirir.”;

“4.3. İşaxtaran və işsiz şəxs tərəfindən qəbul edilmiş münasib iş təklifi əsasında Agentliyin yerli qurumlarının və ya Mərkəzin səlahiyyətli şəxsi tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş vakansiyaya göndəriş və fərdi məşğulluq vərəqindən çıxarış ƏMAS tərəfindən elektron qaydada işəgötürənə göndərilir və işaxtaran və işsiz şəxsin elektron kabinetində yerləşdirilir.”;

32.4. 2.3-cü və 2.5-ci bəndlər ləğv edilsin;

32.5. 2.4-cü bəndin birinci cümləsində “işaxtaranın” sözü “şəxsin” sözü ilə, “MAS” akronimi “ƏMAS” akronimi ilə və ikinci cümləsində “İşaxtaranın” sözü “Şəxsin” sözü ilə əvəz edilsin;

32.6. 3.1-ci bəndə “işaxtaran” sözündən sonra “və işsiz” sözləri əlavə edilsin və həmin bənddə “MAS-a” sözləri “ƏMAS-a” sözləri ilə əvəz edilsin;

32.7. 3.4-cü, 3.7-ci və 4.4-cü bəndlərdə ismin müvafiq hallarında “MAS” akronimi ismin müvafiq hallarında “ƏMAS” akronimi ilə əvəz edilsin;

32.8. 4.2-ci bəndin birinci cümləsinə “İşaxtaran” sözündən sonra “və işsiz şəxs” sözləri əlavə edilsin, həmin cümlədə “MAS-a” sözləri “ƏMAS-a” sözləri ilə əvəz edilsin, ikinci cümləsinə “işaxtaran” sözündən sonra “və işsiz şəxs” sözləri əlavə edilsin, üçüncü cümləsinə “səbəblər” sözündən sonra “Agentliyin yerli qurumları və ya” sözləri əlavə edilsin, həmin cümlədə “işaxtarana” sözü “işaxtaran və işsiz şəxsə” sözləri ilə əvəz edilsin və beşinci cümləsindən “mərkəz tərəfindən” sözləri çıxarılsın;

32.9. 4.5-ci bənddən “Mərkəzin” sözü çıxarılsın, həmin bənddə “təqdim etdiyi göndərişə əsasən işaxtaranın” sözləri “təqdim edilən göndərişə əsasən işaxtaran və işsiz şəxsin” sözləri ilə, “MAS-a” sözləri “ƏMAS-a” sözləri ilə əvəz edilsin və həmin bəndə “gücləndirilmiş” sözündən əvvəl “təkmil sertifikatlı” sözləri əlavə edilsin;

32.10. 4.6-cı bənddə “İşaxtaranın işə qəbulu onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınması ilə” sözləri “İşaxtaran və işsiz şəxsin işə qəbulu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsi ƏMAS-da elektron sənəd formasında” sözləri ilə əvəz edilsin;

32.11. 5.1-ci bəndə “Mərkəz” sözündən əvvəl “Agentliyin yerli qurumları və ya” sözləri əlavə edilsin.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 avqust tarixli 349 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1456 (Cild I) ilə təsdiq edilmiş “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”də aşağıdakı dəyişikliklər edilsin:

33.1. 1.3-cü bənddə “Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində (bundan sonra – MAS)” sözləri “elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS)” sözləri ilə əvəz edilsin;

33.2. 2.3-cü bənddə “MAS-da” sözləri “ƏMAS-da” sözləri ilə əvəz edilsin.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 avqust tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1457 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.2.7-ci yarımbəndinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 2.2.8-ci yarımbənd ləğv edilsin.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli 411 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1565 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması”nda aşağıdakı dəyişikliklər edilsin:

35.1. 1.1-ci bənddə “Elektron İnformasiya Sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsisteminə (bundan sonra - MAS)” sözləri “elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Əmək və məşğulluq” altsisteminə (bundan sonra - ƏMAS)” sözləri ilə əvəz edilsin;

35.2. 2-ci hissə üzrə:

35.2.1. adında, 2.1-ci, 2.4-cü və 2.5-ci bəndlərdə ismin müvafiq hallarında “MAS” akronimi ismin müvafiq hallarında “ƏMAS” akronimi ilə əvəz edilsin;

35.2.2. 2.2-ci bənddə “MAS” akronimi “ƏMAS” akronimi ilə, “əmək müqaviləsi bildirişi və vakansiya bankının məlumatları” sözləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həmin sistemə daxil etdikləri ştat vahidləri” sözləri ilə əvəz edilsin.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli 412 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1566 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

36.1. 1.3.1-ci yarımbəndə “Nazirliyinin” sözündən sonra “(bundan sonra – Nazirlik)” sözləri əlavə edilsin;

36.2. 3.4-cü bənddə “MAS-da” sözləri “Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS)” sözləri ilə əvəz edilsin;

36.3. 4.2-ci bəndin ikinci cümləsində və 4.3-cü bəndin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “MAS” akronimi ismin müvafiq hallarında “ƏMAS” akronimi ilə əvəz edilsin.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli 413 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1567 (Cild I) ilə təsdiq edilmiş “İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması”nın 3.3.10-cu yarımbəndində “onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını” sözləri “əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları” sözləri ilə əvəz edilsin.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 19 sentyabr tarixli 415 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1569 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

38.1. 2.1.1-ci yarımbəndin birinci abzasında “Elektron İnformasiya Sisteminin” sözləri “elektron informasiya sisteminin” sözləri ilə əvəz edilsin;

38.2. 2.1.2-ci yarımbəndə “sahibkarlar,” sözündən sonra “sərbəst mediatorlar, vəkillər” sözləri əlavə edilsin;

38.3. 2.1.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.7-ci yarımbənd əlavə edilsin:

“2.1.7. xüsusi notariuslar barədə - notariusun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindəki şəxsi elektron kabinetində yerləşdirilmiş məlumatlar əsasında.”.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 noyabr tarixli 437 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1857 (Cild I) ilə təsdiq edilmiş “Patentin alınması barədə iddia sənədinə aid Tələblər”in 1.13-cü bəndinə “müəllif müqaviləsinin” sözlərindən sonra “surəti” sözü əlavə edilsin və həmin bənddə “bağlanılmış əmək müqaviləsinin” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində bağlanılmış əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə müəlliflərlə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinin surəti” sözləri ilə əvəz edilsin.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 457 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1877 (Cild I); 2024, № 4, maddə 441, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

40.1. 3.2.4-cü yarımbənddə “bağlanılmış əmək müqaviləsinin təsdiq edilmiş surəti” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində (bundan sonra - ƏMAS) bağlanılmış əmək müqaviləsi” sözləri ilə əvəz edilsin;

40.2. 3.2.6-cı yarımbəndə “işçinin” sözündən əvvəl “ƏMAS-dan əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə” sözləri əlavə edilsin.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 97 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 358 (Cild I); 2024, № 3, maddə 314, № 9, maddə 1104) ilə təsdiq edilmiş “Sosial müəssisələrin Standartları”nın 3.2.1-ci yarımbəndində “yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər,” sözləri “1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə” sözləri ilə əvəz edilsin.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 639 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

42.1. aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:

“2.1.1-1. təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi;”;

42.2. 3.1-ci bənddə “Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS)” sözləri “elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS)” sözləri ilə əvəz edilsin;

42.3. 5.2-ci bənddə və 8.1-ci bəndin ikinci cümləsində ismin müvafiq hallarında “MAS” akronimi ismin müvafiq hallarında “ƏMAS” akronimi ilə əvəz edilsin;

42.4. 8.3-cü bəndə “istifadə etmədiyi” sözlərindən sonra “, özgəninkiləşdirdiyi, digər şəxsin istifadəsinə verdiyi” sözləri əlavə edilsin;

42.5. 8.4-cü bənddə “1 (bir) il” sözləri “6 (altı) ay” sözləri ilə əvəz edilsin.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 244 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 974 (Cild I) ilə təsdiq edilmiş “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

43.1. 1.3-cü bənddə “2 (iki) ildən” sözləri “6 (altı) aydan” sözləri ilə, “3 (üç) aydan az və” sözləri “əmək müqaviləsinin müddətinin yarısı qədər, lakin” sözləri ilə əvəz edilsin;

43.2. 1.6-cı bənddə “1 (bir)” sözləri “bir” sözü ilə və “10 (on)” sözləri “30 (otuz)” sözləri ilə əvəz edilsin;

43.3. 1.7-ci bənddə “əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və 1 (bir) ildən artıq işsiz kimi qeydiyyatda olan” sözləri “sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən” sözləri ilə əvəz edilsin;

43.4. 2.2-ci bənddə “Məşğulluq” altsistemində” sözləri “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS)” sözləri ilə əvəz edilsin;

43.5. 2.6-ci bənddə “onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınması ilə” sözləri “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsi ƏMAS-da elektron sənəd formasında bağlanıldıqda” sözləri ilə əvəz edilsin;

43.6. 3.2-ci bənddə “MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemi” sözləri “ƏMAS” akronimi ilə əvəz edilsin;

43.7. həmin Qaydaya 2 nömrəli əlavə - “Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsinə dair müqavilə” üzrə:

43.7.1. 2.1.1.1-ci yarımbənddə “Məşğulluq” sözü “Əmək və məşğulluq” sözləri ilə əvəz edilsin;

43.7.2. 2.1.1.2-ci yarımbənddə “Əmək müqaviləsi bildirişi” sözləri “Əmək və məşğulluq” sözləri ilə əvəz edilsin;

43.7.3. 2.2.2.1-ci yarımbənddə “2 (iki) il” sözləri “6 (altı) ay” sözləri ilə əvəz edilsin.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 998 (Cild I); 2024, № 3, maddə 331, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

44.1. 2.6.4-cü yarımbənddən “bağlanılmış əmək müqaviləsinə dair” sözləri çıxarılsın və həmin yarımbənddə “mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsistemindən çıxarış” sözləri “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS) bağlanılmış əmək müqaviləsi” sözləri ilə əvəz edilsin;

44.2. 2.6.6-cı yarımbənddə “ixtisas üzrə iş stajını təsdiq edən” sözləri “ƏMAS-dan işçinin əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə” sözləri ilə əvəz edilsin.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1097 (Cild I); 2024, № 3, maddələr 330, 353, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nın 4.4.6-cı yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“4.4.6. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti;”.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 28 yanvar tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 101 (Cild I); 2024, № 9, maddə 1090) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası”nın 5.1.12-ci yarımbəndindən “bildirişi” sözü çıxarılsın.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 217 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 877 (Cild I); 2024, № 3, maddə 305) ilə təsdiq edilmiş “İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

47.1. 2.3.4-cü yarımbənddən “bağlanılmış əmək müqaviləsinə dair” sözləri çıxarılsın və həmin yarımbənddə “mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsistemindən çıxarış” sözləri “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS) bağlanılmış əmək müqaviləsi” sözləri ilə əvəz edilsin;

47.2. 2.3.7-ci yarımbənddə “müvafiq ixtisas üzrə iş stajını təsdiq edən” sözləri “ƏMAS-dan işçinin əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə” sözləri ilə əvəz edilsin.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 may tarixli 243 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 581) ilə təsdiq edilmiş “Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın 2.1.5-ci yarımbəndində “mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” sözləri “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” sözləri ilə əvəz edilsin.

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 iyul tarixli 328 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 889) ilə təsdiq edilmiş “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası”nın 2.5.4-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“2.5.4. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti;”.

50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 18 iyul tarixli 344 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 905) ilə təsdiq edilmiş “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”nın 2.9.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“2.9.2. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti;”.

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 929) ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

51.1. 4.1.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.1.1.2. MEİS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti;”;

51.2. 8.2.1.3-cü yarımbənddən “bildirişi” sözü çıxarılsın.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 oktyabr tarixli 446 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 10, maddə 1158) ilə təsdiq edilmiş “Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması Qaydası”nın 3.1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

52.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Xidmət illəri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasına əsasən müəyyən edilir.”;

52.2. ikinci cümlədə “Əmək kitabçası” sözləri “Qeyd edilən sənədlər” sözləri ilə və “onda” sözü “onlarda” sözü ilə əvəz edilsin.

53. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 738 (Cild I); 2024, № 2, maddə 214) ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları