Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 526  Bakı şəhəri, 18 dekabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379 (Cild I); 2024, № 2, maddə 229, № 3, maddə 320) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.22-ci bəndində qeyd olunmuş düsturda “34.8” rəqəmləri “39.2” rəqəmləri ilə, “16.7” rəqəmləri “18.8” rəqəmləri ilə, “7.7” rəqəmləri isə “8.7” rəqəmləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları