№ 353 Bakı şəhəri, 23 iyul 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69 (Cild I); 2024, № 1, maddə 126, № 2, maddə 245) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. “2204 10 110 0” alt yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “5,1” rəqəmləri “2,7” rəqəmləri ilə əvəz edilsin;
1.2. “2207 10 000 0”, “2208 90 910 0” və “2208 90 990 0” alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “6” rəqəmi “6,8” rəqəmləri ilə əvəz edilsin;
1.3. “2208 20” yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “8” rəqəmi “8,8” rəqəmləri ilə əvəz edilsin;
1.4. “2208 30”, “2208 40”, “2208 50”, “2208 60”, “2208 70” yarımmövqelərinə və “2208 90 110 0 – 2208 90 780 9 (2208 90 690 1 və 2208 90 780 1 istisna olmaqla)” alt yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “12” rəqəmləri “12,8” rəqəmləri ilə əvəz edilsin;
1.5. “2402 10 000 9” və “2402 90 000 3” alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “43” rəqəmləri “45,5” rəqəmləri ilə əvəz edilsin;
1.6. “2402 20” yarımmövqeyinə və “2402 90 000 9” alt yarımmövqeyinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “46,5” rəqəmləri “53,5” rəqəmləri ilə əvəz edilsin;
1.7. “2404 11 000 0” alt yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “14” rəqəmləri “16” rəqəmləri ilə əvəz edilsin;
1.8. “2404 12 000 2” və “2404 19 000 2” alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “0,25” rəqəmləri “2” rəqəmi ilə əvəz edilsin.
2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri