№ 310 Bakı şəhəri 21 iyun 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun və “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1,
maddə 56 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 aprel tarixli 187 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissə üzrə:
1.1. 3.1.1.1-ci yarımbənddə “icazənin surəti” sözləri “icazə” sözü ilə, 3.1.1.2-ci
yarımbənddə “sənədin surəti” sözləri “sənəd” sözü ilə, 3.1.1.5-ci yarımbənddə “situasiya” sözü “tikinti ərazisinin baş” sözləri ilə əvəz edilsin;
1.2. 3.1.5-ci yarımbənddə “bölmələrinin surəti” sözləri “bölmələri” sözü ilə əvəz edilsin.
2. 4-cü hissə üzrə:
2.1. 4.1-ci bənddən “kağız üzərində və” sözləri çıxarılsın;
2.2. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.2. Tikintiyə icazə verildikdə bu Qaydaların 3.1.1-ci yarımbən-dində nəzərdə tutulmuş məlumatlar Reyestrə ötürülür, həmin məlumatlar Reyestrdə qeydə alınaraq tikinti obyektinə kod verilir və bu barədə bu Qaydaların əlavəsində göstərilən Şəhadətnamə tikintiyə icazə verən orqana (quruma) göndərilir.”;
2.3. 4.2-1-ci bəndin birinci cümləsində “cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini Reyestrə təqdim edir” sözləri “cümləsinə əsasən 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın Reyestrə ötürülməsini təmin edir” sözləri ilə əvəz edilsin;
2.4. 4.2-2-ci bəndin birinci cümləsindən “və ya bilavasitə təqdim edir” sözləri, ikinci cümləsindən “sifarişli poçt göndərişi ilə” və “və ya bilavasitə təqdim edə” sözləri çıxarılsın;
2.5. 4.5-ci bənd ləğv edilsin;
2.6. 4.6.4-cü yarımbəndin birinci abzasında “Reyestr kitabında” sözləri və üçüncü abzasında “reyestr kitabında” sözləri “Reyestrdə” sözü ilə əvəz edilsin;
2.7. 4.8-ci bənddə “təqdim edirlər” sözləri “Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürürlər” sözləri ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın;
2.8. aşağıdakı məzmunda 4.9-cu bənd əlavə edilsin:
“4.9. Bu Qaydaların 3.1.1-ci, 3.1.2-ci yarımbəndlərində, 4.2-ci, 4.3-cü və 4.7-ci bəndlərində nəzərdə tutulmuş məlumatların ötürülməsi şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”.
3. “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qayda-ları”nın əlavəsindən “Müəssisənin (təşkilatın) rəhbəri”, “(imzası adı və soyadı)” və “M.Y.” hissələri çıxarılsın.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri