№ 309 Bakı şəhəri 21 iyun 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (II kitab), maddə 1252 (Cild I) ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1-ci hissə üzrə:
7-ci sətir aşağıdakı redaksiyada verilsin:
7. 2341 Təsərrüfat və dekorativ saxsı məmulatlarının istehsalı
23.42.10 Saxsı santexnika məmulatlarının istehsalı
aşağıdakı məzmunda 15-ci sətir əlavə edilsin:
15. Müasir suvarma sistemlərinin tətbiq edildiyi ərazisi 5 hektardan az olmayan istixana təsərrüfatlarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi
3-cü hissəyə aşağıdakı məzmunda 262-1-ci sətir əlavə edilsin:
262-1. 6406 Ayaqqabı detalları (bərkidilmiş və ya bərki-dilməmiş əsas içlikli ayaqqabı üstünün biçilmiş üzləri daxil olmaqla); qoyulma içliklər, dabanlıqlar və analoji məmulatlar; getrlər, qamaşlar və analoji məmulatlar və onların detalları
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri