Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 308  Bakı şəhəri 21 iyun 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”nda dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 272 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 961 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”na aşağıdakı məzmunda 5-9-cu hissələr   əlavə edilsin:

“5. “AZTV”.

6. “Mədəniyyət TV”.  

7. “İdman TV”. 

8. “Azərbaycan Radiosu”.

9. “Azərbaycan Beynəlxalq Radiosu”.”

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri.

 

Nazirlər kabinetinin qərarları