Qoşulmama Hərəkatının Bakı Forumu başa çatıb

post-img

Dünən Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumunun bağlanış mərasimi olub. 

Qurumun baş katibi Nigar Bağırlı tədbir iştirakçılarının 5 gün ərzində Bakı və Şamaxı şəhərlərində keçirilən forumda apardıqları fəal müzakirələrin və innovativ təkliflərin beynəlxalq iqlim prosesində önəmindən danışıb. Qeyd edib ki, müzakirələrin yekununda qəbul edilən sənəd COP29 Sədrliyinə təqdim olunacaq. 

Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi, COP29-un baş danışıqçısının müavini Samir Becanov gəncləri Forumu uğurla başa çatdırmaları münasibətilə təbrik edib.

Sonra tədbir iştirakçılarına sertifikatlar təqdim olunub. 

Xatırladaq ki, forumda QHGT-nin bir sıra milli bölmələrinin nümayəndələri, yerli və əcnəbi gənclər, həmçinin dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər iştirak ediblər. 

XQ

 

Son xəbərlər