Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 292 Bakı şəhəri, 31 may 2024-cü il

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Də­mirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası­nın Ekologiya və Təbii Sərvətlər Na­zirliyi ilə R.V. Investment Group Ser­vices, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn məsələ barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizin­ci abzasını rəhbər tutaraq, “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay böl­güsü haqqında Azərbaycan Respublika­sının Ekologiya və Təbii Sərvətlər Nazir­liyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədini imzalamaq səlahiy­yətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 may tarixli 140 nömrəli Sərəncamı­nın 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli 234 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2022, № 6, maddə 675 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri”nin preambulası istisna olmaqla “ETSN” akronimi “Azer­Gold” QSC” sözləri ilə, “MENR” akronimi “AzerGold” CJSC” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları