Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 225 Bakı şəhəri, 22 aprel 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişik­lik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İşsizlikdən sığorta haqqın­da” Azərbaycan Respublikasının Qanunun­da dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1064-VIQD nömrəli Qanununun icrasını tə­min etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2017-ci il 29 dekabr tarixli 620 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2565 (Cild I) ilə təsdiq edilmiş “Sı­ğorta ödənişinin verilməsi Qaydası”nın 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 4.7-ci bənddə “, lakin ümumilikdə 20 faizindən çox olmamaq şərtilə” sözləri “məb­ləğində” sözü ilə əvəz edilsin.

2. 4.10-cu bəndin birinci cümləsində “30” rəqəmləri “24” rəqəmləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları