Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 209 Bakı şəhəri, 15 aprel 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnamə­si”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1577 (Cild I) ilə təsdiq edilmiş “Dövlət Əmə­yin Mühafizəsi Fondunun Əsasnaməsi”nin 2.7.7-ci yarımbəndində “Nazirliyin işçiləri­nin” sözləri “Nazirlik sistemində işçilərin” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları