Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 207 Bakı şəhəri, 15 aprel 2024-cü il

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavi­rus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barə­də” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Yeni növ koronavirus (COVID-19) in­feksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin güc­ləndirilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin ta­beliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (CO­VID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarının (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 992 (Cild I); 2024, № 1, maddə 92) 2-ci hissəsində “aprelin 2-dək” sözləri “iyulun 1-dək” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları