Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 206 Bakı şəhəri, 9 aprel 2024-cü il

“Azərbaycan Respublikası Qaçqın­ların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli 8 nömrəli Qərarında dəyişiklik edil­məsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzası­nı rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbay­can Respublikasının Qaçqınların və Məcbu­ri Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 5.7-ci bəndinə uy­ğun olaraq Azərbaycan Respublikasının Na­zirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2019-cu il 16 yanvar tarixli 8 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2019, № 1, maddə 152 (Cild I) “Kollegiyanın üzvləri:” bölməsinin yeddinci abzasında “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru” sözləri “Qaçqınların və Məcburi Köçkünlə­rin İşləri üzrə Dövlət Komitəsi Aparatının Hüquq və kadrlar şöbəsinin müdiri” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları