№ 104 Bakı şəhəri, 26 fevral 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555 (Cild I) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Memarlıq abidələri” bölməsinə 4025-ci bənddən sonra “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” hissəsi və aşağıdakı məzmunda 4025-1-ci bənd əlavə edilsin:
4025-1. Əli daşı türbəsi XVII-XVIII əsrlər Məmmədli kəndi
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri