Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 105 Bakı şəhəri, 26 fevral 2024-cü il

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun ic­rası ilə əlaqədar Azərbaycan Respub­likası Nazirlər Kabinetinin bəzi qərar­larında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanunu­nun icrası ilə əlaqədar Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 128 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 694 (Cild I) ilə təsdiq edilmiş “Çoxmənzilli binanın idarəedici təşkilatı­nın seçilməsi üzrə açıq müsabiqə keçiril­məsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.10-cu bənddə “kütləvi informa­siya vasitələrinin” sözləri “media subyekt­lərinin” sözləri ilə əvəz edilsin;

1.2. 2.11-ci, 2.14-cü və 2.15-ci bənd­lərdə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

1.3. həmin Qaydaya 3 nömrəli əlavə - “Çoxmənzilli binanın idarəedici təşki­latının seçilməsi üzrə açıq müsabiqənin nəticələri haqqında müsabiqə komissiya­sının protokolu”nun 3-cü hissəsində “küt­ləvi informasiya vasitəsinin” sözləri “me­dia subyektinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1224 (Cild I) ilə təs­diq edilmiş “Aviasiya təhlükəsizliyi perso­nalının seçilməsi Qaydası”nın 6.2-ci bən­dində “KİV-də” sözləri “mediada” sözü ilə əvəz edilsin.

3. “Həbs yerlərinin daxili intizam Qay­dalarının təsdiq edilməsi barədə” Azər­baycan Respublikası Nazirlər Kabineti­nin 2014-cü il 26 fevral tarixli 63 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” üzrə:

3.1.1. 8.1.28-ci yarımbənddə, 16-cı hissənin adında, 16.1-ci bənddə, 16.4-cü bəndin ikinci cümləsində, 16.5-ci və 34.7-ci bəndlərdə “verilişlərinə” sözü “proq­ramlarına” sözü ilə əvəz edilsin;

3.1.2. həmin Qaydalara 15 nömrəli əlavə - “Həbs edilmiş şəxslər üçün nü­munəvi gün bölgüsü”ndə “verilişlərinə” sözü “proqramlarına” sözü ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nın 4.2-ci bəndində “verilişlərinə” sözü “proqramlarına” sözü ilə, 10.4-cü bəndin ikinci cümləsində “ve­rilişinə” sözü “proqramına” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 10 iyul tarixli 265 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 896 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Təbiət Tarixi Muzeyinin Nizamnaməsi”nin 1.4-cü bən­dində “kütləvi informasiya vasitələri” söz­ləri “media subyektləri” sözləri ilə əvəz edilsin.

5. “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə ra­zılaşdırılması Qaydası”nın təsdiq edil­məsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 avqust tarixli 279 nömrəli Qərarında (Azərbay­can Respublikasının Qanunvericilik Top­lusu, 2015, № 8, maddə 965 (Cild I) aşa­ğıdakı dəyişikliklər edilsin:

5.1. həmin Qərarla təsdiq edilmiş “Jurnalistlərin cəbhəboyu zonada akkre­ditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respubli­kasının Müdafiə Nazirliyi ilə razılaşdırıl­ması Qaydası” üzrə:

5.1.1. 1.1-ci bənddə “kütləvi informa­siya vasitələri (bundan sonra - KİV)” söz­ləri “media” sözü ilə əvəz edilsin;

5.1.2. 1.2-ci və 1.3-cü bəndlər aşağı­dakı redaksiyada verilsin:

“1.2. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddə­sinə əsasən media subyektləri Media Re­yestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akk­reditasiya qaydalarına əməl etməklə hə­min qurumlarda akkreditasiyadan keçirə bilərlər.

1.3. Dövlət orqanlarının (qurumları­nın), müəssisə və təşkilatların, qeyri-hö­kumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydaları­na əməl etməklə həmin qurumlarda ak­kreditasiya olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradılır.”;

5.1.3. 1.4-cü və 4.4-cü bəndlər­də “KİV” akronimi “Media subyektinin idarəetmə orqanının” sözləri ilə əvəz edilsin;

5.1.4. 2.1-ci bənddə və 2.1.1-ci ya­rımbənddə “KİV” akronimi “media sub­yekti” sözləri ilə əvəz edilsin;

5.1.5. 2.1.1.1-ci yarımbənddə “KİV” akronimi “Media subyektinin idarəetmə orqanının” sözləri ilə əvəz edilsin;

5.1.6. 2.1.1.5-ci yarımbənddə “və xidməti vəsiqələrinin” sözləri “və jurnalist vəsiqələrinin (jurnalist olmayan əmək­daşların xidməti vəsiqələrinin)” sözləri ilə əvəz edilsin;

5.1.7. 2.1.1.6-cı yarımbənddə “KİV orqanının” sözləri “Media subyektinin” sözləri ilə əvəz edilsin;

5.1.8. 2.1.2-ci yarımbənddə “KİV” akronimi “media subyekti” sözləri ilə əvəz edilsin;

5.1.9. 2.1.3-cü yarımbənddə “KİV” akronimi “media subyekt-lərinin” sözləri ilə əvəz edilsin;

5.1.10. 2.1.3.1-ci yarımbənddə “KİV” akronimi “media subyek-tinin” sözləri ilə əvəz edilsin;

5.1.11. 3.1-ci bənddə “Yalnız rəs­mi qeydiyyatdan keçmiş və ya uçota alınmış dövri mətbu nəşrlər, teleradio yayımçıları, informasiya agentlikləri, in­ternet və digər yayım formaları” sözləri “Media subyektlərinin Media Reyestrinə daxil edilmiş jurnalistləri” sözləri ilə, “KİV” akronimi “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

5.1.12. 3.3-cü bənddə “KİV” akronimi “Media subyektlərinin” sözləri ilə əvəz edilsin;

5.1.13. 3.3.4-cü yarımbənddə “dövri mətbu nəşr” sözləri “çap mediası subyek­ti” sözləri ilə əvəz edilsin;

5.1.14. 3.3.5-ci yarımbənddə “inter­net informasiya ehtiyatı” sözləri “onlayn media subyekti” sözləri ilə əvəz edilsin;

5.1.15. 3.7-ci bəndin ikinci cümləsin­də “KİV-in” sözləri “Media subyektinin” sözləri ilə əvəz edilsin;

5.1.16. 3.8-ci bənddə “KİV” akronimi “Media subyektlərinin” sözləri ilə əvəz edilsin;

5.1.17. 4.1.2-ci yarımbənddə (ikinci halda) “şərəf və ləyaqətini” sözləri “işgü­zar nüfuzunu” sözləri ilə əvəz edilsin;

5.1.18. 4.1.3-cü yarımbənddə “KİV” akronimi “Media subyekti” sözləri ilə əvəz edilsin;

5.1.19. 4.1.7-ci yarımbənddə “KİV-in” sözləri “Media subyektinin” sözləri ilə əvəz edilsin;

5.1.20. 4.2-ci bənddə “KİV” akronimi “Media subyektlərinin” sözləri ilə əvəz edilsin;

5.1.21. 4.2.3-cü yarımbənddə “KİV-lə” sözləri “media subyekti ilə” sözləri ilə əvəz edilsin;

5.1.22. 4.2.4-cü yarımbənddə “KİV-in” sözləri “Media subyektinin” sözləri ilə əvəz edilsin;

5.1.23. 5.1-ci bəndin birinci cümlə­sində birinci halda “KİV” akronimi “Media subyektlərinin” sözləri ilə, ikinci hal­da “KİV” akronimi “media subyektinin idarəetmə orqanının” sözləri ilə əvəz edilsin;

5.1.24. 5.2-ci bənddə “KİV” akroni­mi “media subyektinin” sözləri ilə, “KİV orqanı” sözləri “media subyekti” sözləri ilə əvəz edilsin;

5.1.25. 5.3-cü bənddə “KİV” akronimi “Media subyektinin” sözləri ilə əvəz edil­sin;

5.1.26. 5.4-cü bəndin birinci cümlə­sində “KİV” akronimi “Media subyektləri­nin” sözləri ilə əvəz edilsin;

5.1.27. 5.5-ci bənddə “KİV” akronimi “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

5.1.28. 5.6-cı bənddə (hər iki halda) “KİV” akronimi “media subyektinin” söz­ləri ilə əvəz edilsin;

5.1.29. 5.7-ci bənddə “KİV” akronimi “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

5.2. həmin Qaydaya 1 nömrəli əlavə - “AKKREDİTƏ ÜÇÜN ANKET FORMA­SI”nda “KİV” akronimi “media subyekti­nin” sözləri ilə, “KİV-DƏKİ” sözləri “Media subyektində” sözləri ilə, “KÜTLƏVİ İN­FORMASİYA VASİTƏSİ (VASİTƏLƏRİ)” sözləri “MEDİA SUBYEKTLƏRİ” sözləri ilə əvəz edilsin;

5.3. həmin Qaydaya 3 nömrəli əlavə - “AKKREDİTƏ KARTLARI VERİLMİŞ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ NÜMAYƏN-DƏLƏRİNİN QEYDİYYATI”­nın adında “KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ” sözləri “MEDİA SUBYEKTLƏRİNİN” sözləri ilə, mətnində ismin müvafiq hallarında “KÜTLƏVİ İN­FORMASİYA VASİTƏSİ” sözləri ismin müvafiq hallarında “MEDİA SUBYEKTİ” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 236 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 969 (Cild I) ilə təsdiq edilmiş “DOST” mərkəzlərinin Nümunəvi Ni­zamnaməsi”nin 3.1.9-cu yarımbəndində “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 noyabr tarixli 435 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1379) ilə təsdiq edilmiş “Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi Qaydası”na əlavə - “Tədqiqat infrastruk­turunun avadanlığından tədqiqatçıların istifadəsi üzrə xidmətlərin göstərilməsi haqqında müqavilənin Nümunəvi For­ması”nın 3.4.5-ci yarımbəndində “kütləvi informasiya vasitələrində” sözləri “media­da” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları