Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 102 Bakı şəhəri, 24 fevral 2024-cü il

“Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Bey­nəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti­nin 2023-cü il 25 dekabr tarixli 2415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizam­naməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 2415 nömrəli Fərmanı­nın 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin say həddinin, xərclər smetasının və ştat cədvəlinin təsdiq edilmə­si haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 357 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1326 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 

1.1. 1-ci hissədə “20” rəqəmləri “21” rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.2.1. “İcraçı direktor” sətrindən sonra aşağıdakı məzmunda yeni sətir əlavə edilsin:

İcraçı direktorun müavini 1

1.2.2. “Ştat vahidlərinin sayı (nəfər)” sütununun “Cəmi:” sətrində “20” rəqəmləri “21” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 16 yanvar tarixli 11 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 132 (Cild I) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının cədvəli” aşağıdakı redaksiyada verilsin:

Sıra
№-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla) 1. İcraçı direktor 2732 2. İcraçı direktorun müavini 2458 3. Müşavir 2125 4. Baş mühasib 2001 5. Şöbə müdiri 1946 6. Baş məsləhətçi 1732 7. Aparıcı məsləhətçi 1421 8. Məsləhətçi 1283 9. Hüquqşünas, informasiya texnologiyaları
üzrə mütəxəssis 1104 10. Avtomobil sürücüsü 495

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları