Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 96 Bakı şəhəri, 23 fevral 2024-cü il

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Aparatının işçilərinin sosial müda­fiəsinin gücləndirilməsi, maddi sti­mullaşdırılması məqsədilə Aparatın hesabına köçürülən büdcədənkənar vəsaitlərdən istifadə Qaydası”nın təs­diq edilməsi barədə” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2020-ci il 10 mart tarixli 86 nömrəli Qərarının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, “Azərbaycan Döv­lət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Aparatının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi stimullaşdırılması məqsədilə Aparatın hesabına köçürülən büdcədənkənar vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2020-ci il 10 mart tarixli 86 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, mad­də 347; Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2024-cü il 23 yanvar tarixli 38 nömrəli Qərarı) ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları