Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 95 Bakı şəhəri, 21 fevral 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 fevral tarix­li 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yara­dılan peşə təhsili müəssisəsinin Nü­munəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 908-VIQD nömrəli Qanununun tətbiqi və “Peşə təhsili haqqında” Azər­baycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublika­sı Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edil­məsi haqqında” Azərbaycan Respublika­sı Prezidentinin 2023-cü il 24 iyul tarixli 2237 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 fevral tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 361 (Cild I) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradı­lan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin: 

1. 3.2.1-ci yarımbənd aşağıdakı re­daksiyada verilsin: 

“3.2.1. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin müəyyən etdiyi qayda­da peşə və ixtisaslara uyğun dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanmasında iştirak et­mək;”.

2. 4.15.6-cı yarımbəndə “6.7-ci bən­di” sözlərindən sonra “və 4.15.6-1-ci ya­rımbəndi” sözləri əlavə edilsin. 

3. Aşağıdakı məzmunda 4.15.6-1-ci yarımbənd əlavə edilsin: 

“4.15.6-1. dövlət peşə təhsili müəs­sisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbul və yerdəyiş­məsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq qərarlar qəbul edir;”. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları