Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 57 Bakı şəhəri, 30 yanvar 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli, “Adın, ata adının və soyadın veril­məsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2011-ci il 12 may tarixli 79 nömrəli və “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqın­da” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanu­nunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2015-ci il 28 aprel tarixli 122 nömrəli qərarlarında dəyi­şiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublika-sının 2023-cü il 2 may tarixli 864-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2003-cü il 31 oktyabr tarixli 145 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2003, № 10, maddə 627 (Cild I) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziy­yəti aktlarının dövlət qeydiyyatı Qayda-sı”nda aşağıdakı dəyişikliklər edilsin: 

1.1. 3.2-ci bənd üzrə:

1.1.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“3.2. Nikaha daxil olmağı arzu edənlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müa­yinədən keçməklə qeydiyyat şöbəsinə, konsul­luq idarəsinə və icra hakimiyyətinin nümayən­dəliyinə nikaha daxil olmaq barədə şəxsən yazılı ərizə verirlər.”;

1.1.2. ikinci və üçüncü abzaslar müvafiq olaraq üçüncü və dördüncü abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Nikaha daxil olmaq haqqında ərizə təq­dim edildikdə qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyi­nin vəzifəli şəxsi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdikləri­ni təsdiq edən arayış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi va­sitəsilə əldə edilir. Bu mümkün olmadıqda hə­min arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə edilir.”;

1.2. 3.3-cü bəndin birinci abzasında “tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən” sözləri “Azər­baycan Respublikası Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinə­dən keçməyən” sözləri ilə əvəz edilsin;

1.3. 3.13-cü bəndə “razılığı” sözündən sonra “, Azərbaycan Respublikası Ailə Məcəl­ləsinin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri” sözləri əlavə edilsin;

1.4. 5.6-cı bənd aşağıdakı redaksiyada ve­rilsin:

“5.6. Ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məh­kəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsində döv­lət qeydiyyatına alınır.”;

1.5. aşağıdakı məzmunda 5.8-1-ci, 5.8-2-ci və 5.8-3-cü bəndlər əlavə edilsin:

“5.8-1. Nikah qeydiyyat şöbəsi və kon­sulluq idarəsində pozulduqda nikahın pozul­masının dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barə­də məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.

5.8-2. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulması qeydə alınarkən nikahın pozulması haqqında akt qeydində və şəhadət­namədə nikaha xitam verilmə tarixi kimi məh­kəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün göstərilir.

5.8-3. Məhkəmə qətnaməsi əsasında nika­hın pozulmasının dövlət qeydiyyatı Azərbay­can Respublikası Ailə Məcəlləsinin 23.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respub­likası Ədliyyə Nazirliyinin informasiya siste­minə daxil olmuş nikahın pozulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamə­sindən çıxarışa əsasən aparılır.”;

1.6. 5.7-ci bənd və 5.9.3-cü yarımbənd ləğv edilsin;

1.7. 5.9-cu bəndə “əsasında” sözündən sonra “həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə” sözləri əlavə edilsin;

1.8. 5.9.5-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 5.9.6-cı yarımbənd ləğv edilsin;

1.9. 5.18-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.18. Azərbaycan Respublikası Ailə Mə­cəlləsinin 25.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin infor-masiya sisteminə nikahın etibarsız sayıl­ması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda həmin çıxarışa əsasən nikah haqqında akt qeydi ləğv edilir, bu halda şəhadətnamə verilmir. Akt qey­dinin digər nüsxəsinin də ləğv edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xid­mətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elekt­ron qaydada bildiriş göndərilir. Məhkəmənin qətnaməsinə əsasən ləğv edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya kon­sulluq idarələrində saxlanıldıqda məhkəmə­nin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2011, № 5, maddə 451 (Cild I) ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydala­rı”nda aşağıdakı dəyişikliklər edilsin: 

2.1. 5.4-cü bəndin birinci cümləsində “yaşayış yeri və ya müvafiq aktın olduğu” sözləri “seçdiyi” sözü ilə əvəz edilsin;

2.2. 6.6-cı bənddə “yaşayış yeri” sözləri “seçdiyi yer” sözləri ilə əvəz edilsin;

2.3. aşağıdakı məzmunda 6.20-1-ci bənd əlavə edilsin:

“6.20-1. Adın, ata adının və soyadın də­yişdirilməsinin dövlət qeydiyyatı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 190.2-ci mad­dəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Res­publikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiy­yat informasiya sisteminə daxil olmuş adın, ata adının və soyadın dəyişdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamə­sindən çıxarışa əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, habelə konsulluq idarəsi tərəfindən aparılır.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 28 aprel tarixli 122 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, mad­də 610 (Cild I) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”nın 3.4-cü bəndinin ikinci cümləsi üçüncü cümlə hesab olunsun və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Həmin arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsinin rəhbəri tərəfin­dən gücləndirilmiş elektron imza ilə təsdiqlə­nir və dərhal elektron informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Sə­hiyyə Nazirliyinə, Azərbaycan Respublika­sının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə ötürülür.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları