Sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

post-img

Ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasət nəticəsində pensi­yaçıların da sosial müdafiəsinin gücləndirilməsində mühüm irəliləyiş­lərə, pensiyalarda davamlı artımlara nail olunub. Xüsusilə son illərdə bu istiqamətdə ardıcıl addımlar atılıb, inqilabi irəliləyişlər əldə edilib. Ümumiyyətlə, pensiya sahəsində aparılan islahatlar hər bir pensiyaçı­nın maraqlarının müdafiəsinə, onların rifahının yaxşılaşdırılması üçün məqsədyönlü layihələrin gerçəkləşdirilməsinə yönəldilib. Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 5 fevral 2024-cü il tarixli Sərəncamı da bunun bariz ifadəsidir. 

Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məluma­tında bildirilir ki, dövlət başçısının adı çəkilən yeni sərəncamı ilə bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb. Bu, pensiyaçıların sosial mü­dafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində ardıcıl şəkildə atılan addımların davamıdır.

Ölkə rəhbərinin adı çəkilən sərən­camı ilə 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statis­tika Komitəsinin məlumatına əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

Həmçinin qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələr­lə birlikdə müəyyənləşdirilən məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması tə­min edilir.

Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçı­ların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.

Yanvar ayı üzrə pensiya­lara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək. Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 ma­nat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olu­naraq veriləcək. Ümumilikdə, 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.

Qeyd edək ki, pensiya­ların indeksləşdirilməklə ar­tırılması ötən ilin əvvəlindən bütün növ pensiyalara şamil olunur. Hazırkı artım da həm ümumi əsaslarla pensiya tə­yin olunmuş, həm də qulluq stajına görə əlavə alan pen­siyaçıları (pensiyaçı olan hərbi qulluqçular, hüquq-mü­hafizə orqanları əməkdaşları və b.) əhatə edir.

Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərə­cəsini (8,8 faiz) üstələyir. Eyni zamanda, sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolu­nanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapi­talları da 8,8 faiz indeksləşdi­rilərək artırılır. Məsələn, şəx­sin fərdi hesabında 50 min manat pensiya kapitalı top­lanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4400 manat artırılmaqla 54400 manata çatdırılacaq.

Bu da onu göstərir ki, işləyən şəxslərin fərdi he­sablarında toplanan pensiya kapitalları yalnız hər ay onla­rın əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlin­də dövlət tərəfindən indeks­ləşdirilmə əsasında mütəma­di olaraq artırılır.

Pensiyaların indeksləş­dirilərək artırılmasına dair keçirilən mətbuat konfransın­da Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov artımdan son­ra respublikamızda orta aylıq pensiyanın yeni məbləğini də açıqlayıb. O, pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensi­ya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağının proqnozlaşdı­rıldığı bildirib. 

Anar Kərimov yanvar ayı üzrə pensiyalara edilmiş artımların fevral ayının pen­siyası ilə birgə ödənəcəyini, həmçinin 2024-cü il üzrə pensiyaların maliyyələşdiril­məsi üçün 6,5 milyard ma­nat vəsaitin nəzərdə tutul­duğunu da diqqətə çatdırıb. 

 

V.BİNYATOĞLU
XQ







Sosial həyat