Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 36 Bakı şəhəri, 22 yanvar 2024-cü il

“Azərbaycan Respublikası Səfər­bərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki iş­çilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Res­publikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçu­larının hərbi rütbəyə görə maaşlarının məbləği”nin təsdiq edilməsi barədə” 2012-ci il 11 may tarixli 112-12 nömrə­li və “Azərbaycan Respublikası Səfər­bərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşla­rının təsdiq edilməsi və “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xid­mətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluq­çusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”­nin təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabine­tinin 2013-cü il 5 noyabr tarixli 321-16 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2018-ci il 27 aprel tarixli 179-14 nömrəli qərarlarında dəyişiklik edilmə­si haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sent­yabr tarixli 390 nömrəli Qərarında də­yişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid­mətinin həqiqi hərbi xidmət hərbi qulluqçu­larının aylıq vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Pre­zidentinin 2023-cü il 7 noyabr tarixli 2345 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 390 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1544 (Cild I); Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 385 nömrəli və 2022-ci il 15 mart tarixli 88 nömrəli qərarları) ilə təs­diq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qul­luqçularının aylıq vəzifə (tarif) maaşları­nın məbləğləri” yeni redaksiyada verilsin (əlavə olunur, məxfi).

2. Azərbaycan Respublikasının Ma­liyyə Nazirliyinə tapşırılsın ki, bu Qəra­rın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcə­sində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçir­sin.

3. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları