Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 15 Bakı şəhəri, 12 yanvar 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi akt­ların təsdiq edilməsi haqqında” 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli, “Fitosani­tar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 22 yanvar tarixli 10 nömrəli, “Azərbay­can Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 23 yanvar tarixli 11 nömrəli, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsni­fatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Ka­binetinin qüvvədən düşmüş bəzi qərarları­nın Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli, “Azər­baycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericili­yinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti hey­vanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” 2013-cü il 8 yanvar ta­rixli 2 nömrəli, “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Hey­dər Əliyev adına Hərbi Liseyin Nizamnamə­sinin təsdiq edilməsi haqqında” 2015-ci il 4 avqust tarixli 274 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Yeyinti məhsullarına verilən uyğunluq sertifkatının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq sertifkatının və baytarlıq şəhadətnaməsi­nin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli Qərarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqın­da” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Pre­zidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azər­baycan Respublikası Prezidentinin 2022-сi il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında bay­tarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli Qərarında (Azər­baycan Respublikasının Qanunvericilik Top­lusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 

1.1. həmin Qərarla təsdiq edilmiş “Bay­tarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklə­rinin, digər məhsulların) üzərində nişan qo­yulması Qaydaları” üzrə:

1.1.1. 1.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.8. Ətin nişanlanmasında qida təhlükə­sizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən boyalardan istifadə olunur.”;

1.1.2. 2.2-ci bəndin ikinci abzasının ikin­ci cümləsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Hey­van xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yük­lərin təhlükəsizliyinin təmin edilməsi Qayda­ları” üzrə:

1.2.1. 3-cü hissənin üçüncü abzasında “baytarlıq-sanitariya cəhətdən keyfiyyəti müəyyənləşməmiş yem” sözləri “qida təh­lükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmayan yem məhsulları” söz­ləri ilə əvəz edilsin;

1.2.2. 5.1-ci bənddə “yem” sözü “yem məhsulları” sözləri ilə əvəz edilsin;

1.2.3. 5.2-ci bənddə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

1.2.4. 5.4-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İdxal edilən heyvan mənşəli məhsullar və xammal, yem məhsulları və yem əlavələri qida təhlükəsizliyi sahəsində tələblərə cavab verdikdə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxal sağ­lamlıq aktı təqdim edilir.”.

2. “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli Qərarında (Azərbaycan Respubli­ka-sının Qanunvericilik Toplusu (Cild I) aşa­ğıdakı dəyişikliklər edilsin: 

2.1. həmin Qərarla təsdiq edilmiş “Yük­sək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydaları”nın 3.9-cu bən­dinin ikinci cümləsinə “yem” sözündən sonra “məhsulları” sözü əlavə edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Zəhər­li kimyəvi maddələrin ölkə daxilində daşın­ması və saxlanması Qaydaları”nın 5-ci his­səsində “ərzaq” sözü “qida” sözü ilə, 14-cü hissəsində “ərzaq mallarının, yemin” sözləri “qida və yem məhsullarının” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasında bay­tarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli Qərarında (Azər­baycan Respublikasının Qanunvericilik Top­lusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “Hey­vanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alın­ması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərin­də, nəqliyyatda və digər yerlərdə dezinfek­siya, dezinseksiya və deratizasiya işlərinin aparılması Qaydası”nın 3.4-cü bəndində “yem” sözü “yem məhsulları” sözləri ilə, 4.5-ci bəndində “yemlərin” sözü “yem məh­sullarının” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Başqa ölkələrdən gətirilən heyvanların sağlamlı­ğını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılması Qaydası və müd­dəti”nin 2.2-ci bəndinin ikinci cümləsində “yem” sözü “yem məhsulları” sözləri ilə əvəz edilsin; 

3.3. həmin Qərarla təsdiq edilmiş “Bay­tarlıq tədbirlərinin təşkili və həyata keçiril­məsi Qaydaları”nın 2.1-ci bəndinin dördün­cü və beşinci abzaslarında “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə, 4.8-ci bən­dində “yem” sözü “yem məhsullarının” söz­ləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ix­tisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. “6. Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinin “060625 Texnoloji maşın və avadanlıqlar mühəndisliyi” ixtisasının “- Yeyinti sənayesi iaşə və ticarətinin texnoloji maşın və avadanlıqları” sətrində “Yeyinti” sözü “Qida” sözü ilə əvəz edilsin;

4.2. “060644 İstehlak mallarının eksper­tizası və marketinqi” ixtisası üzrə:

4.2.1. “- Ərzaq məhsullarının eksperti­zası və marketinqi” sətrində “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin;

4.2.2. “- Qeyri-ərzaq məhsullarının eks­pertizası və marketinqi” sətrində “Qeyri-ər­zaq” sözü “Qeyri-qida” sözü ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xid­məti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli Qərarında (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. mətn üzrə “Ərzaq məhsullarının” sözləri “Qida məhsullarının” sözləri ilə, “ər­zaq norması” sözləri “qida norması” sözləri ilə əvəz edilsin;

5.2. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respub­likası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin müalicə ərzaq payı Normaları”nın “Qeydlər”inin 5.1-ci bəndinin ikinci cümlə­sində “ərzaq məhsullarından” sözləri “qida məhsullarından” sözləri ilə, 6-cı hissəsində “ərzaq məhsullarının” sözləri “qida məhsul­larının” sözləri ilə əvəz edilsin.

6. “Yeyinti məhsullarına verilən uyğun­luq sertifikatının və baytarlıq şəhadətnaməsi­nin formasının və uyğunluq sertifikatının və baytarlıq şəhadətnaməsinin verilməsi qayda­larının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli Qərarı (Azər­baycan Respublikasının Qanunvericilik Top­lusu (Cild I) ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları