Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 16 Bakı şəhəri, 12 yanvar 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”ndə, 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə, 2015-ci il 16 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Ni­zamnaməsi”ndə, 2018-ci il 22 dekabr tarixli 561 nömrəli Qərarı ilə təsdiq edilmiş “Döv­lət peşə təhsili müəssisəsini maliyyələşdir­mə normativləri”ndə, 2018-ci il 29 dekabr tarixli 573 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsip­lərinə əsasən Qeyri-Hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları”nda və 2020-ci il 7 fevral tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş “Döv­lət ümumi təhsil müəssisəsini maliyyələş­dirmə Normativləri”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqın­da” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Pre­zidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azər­baycan Respublikası Prezidentinin 2022-сi il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Təhsil müəssisələ-rinin tikintisinə, maddi-texniki təchizatına dair vahid nor­malar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. “I. Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar” üzrə: 

1.1.1. 1.3.16-cı yarımbənddə “ərzağın” sözü “qidanın” sözü ilə əvəz edilsin;

1.1.2. 1.3.33-cü yarımbəndin birinci və üçüncü cümlələrində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

1.1.3. 1.3.34-cü yarımbənddə “Ərzaq” sözü “Qida” sözü ilə, “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

1.1.4. 1.3.36-cı yarımbəndin birinci cümləsində, 1.3.37-ci yarımbəndin ikinci cümləsində, 4.3.17-ci, 4.3.18-ci, 5.3.17-ci və 5.3.18-ci yarımbəndlərdə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

1.2. “III. Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri” üzrə:

1.2.1. 1.4.1-ci yarımbənddən “və ərzaq xammalının” sözləri çıxarılsın və həmin ya­rımbəndə “normalarına” sözündən sonra “, qida təhlükəsizliyi sahəsində texniki norma­tiv hüquqi aktlara” sözləri əlavə edilsin;

1.2.2. 1.4.24-cü yarımbənddə “biolo­ji fəallığa malik qida əlavələrindən” sözləri “bioloji aktiv qida məhsullarından” sözləri ilə əvəz edilsin;

1.2.3. 1.4.30.2-ci yarımbənddən “ərzaq və” sözləri çıxarılsın;

1.2.4. 1.4.30.3-cü yarımbəndin birinci cümləsində, 1.4.32-ci, 1.4.36.1-ci yarım­bəndlərdə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

1.2.5. 1.4.31-ci yarımbəndin ikinci cüm­ləsində “qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxa­rışın surəti, qida təhlükəsizliyi sertifikatı” sözləri “qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunma­sına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışa, idxal olunmuş məhsullara verilən idxal sağlamlıq aktı” sözləri ilə, “saxlanma” sözü “yararlılıq” sözü ilə əvəz edilsin; 

1.2.6. 2.3.4-cü yarımbənddə “ərzaqların” sözü “qidaların” sözü ilə əvəz edilsin;

1.2.7. 2.4.4-cü yarımbənddə (hər iki hal­da) “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “müddətinə” sözündən əvvəl “yararlılıq” sözü əlavə edilsin;

1.2.8. 2.5.1-ci yarımbənddə “gigiyenik cəhətdən hazırlıqlı olan” sözləri “gigiyenik təlimlərdən keçmiş” sözləri ilə əvəz edilsin. 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı də­yişikliklər edilsin:

2.1. 3.18-ci bənddə “ərzaqların” sözü “qidaların” sözü ilə, “istifadə müddətinə” sözləri “yararlılıq müddətinə” sözləri ilə əvəz edilsin və həmin bəndə “nəzarət” sözündən sonra “Qida təhlükəsizliyi haqqında” Azər­baycan Respublikasının Qanununa və” söz­ləri əlavə edilsin;

2.2. 5.3.5-ci yarımbənddə “müəyyən olunmuş normativlərə” sözləri “qida təhlükə­sizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 16 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respub-likası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Ni­zamnaməsi”nin 1.7-ci və 11.4-cü bəndlərin­də “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 22 dekabr tarixli 561 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu (Cild I) ilə təs­diq edilmiş “Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1.7-ci yarımbəndin altıncı abzasın­da “Qeyri-ərzaq” sözü “Qeyri-qida” sözü ilə əvəz edilsin;

4.2. 2.1.8-ci yarımbəndin birinci və altın­cı abzaslarında “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin;

4.3. 2.1.8-ci yarımbəndin ikinci abzasın­da, beşinci abzasında (hər dörd halda) və al­tıncı abzasında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 29 dekabr tarixli 573 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu (Cild I) ilə təs­diq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Qeyri-Hökumət təşki­latları tərəfindən mühasibat uçotunun aparıl­ması Qaydaları”nın 20.6-cı bəndinin ikinci cümləsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin. 

6. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2020-ci il 7 fevral tarixli 33 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsini maliy­yələşdirmə Normativləri”ndə aşağıdakı dəyi­şikliklər edilsin:

6.1. 2.1.7-ci yarımbəndin altıncı abzasın­da “Qeyri-ərzaq” sözü “Qeyri-qida” sözü ilə əvəz edilsin;

6.2. 2.1.8-ci yarımbəndin birinci və altın­cı abzaslarında “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin;

6.3. 2.1.8-ci yarımbəndin ikinci abzasın­da, beşinci abzasında (hər dörd halda) və al­tıncı abzasında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları