Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 14 Bakı şəhəri, 12 yanvar 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2006-cı il 9 fevral tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”n­da, 2006-cı il 4 dekabr tarixli 255 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytar­lıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda, 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-hə­kim ekspertizası haqqında Əsasnamə”də, 2009-cu il 21 aprel tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarə­tində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarə­tinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qay­daları”nda, 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Av­tomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda, 2010-cu il 25 noyabr tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təh­sil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”nda və 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ya­şayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqın­da” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Pre­zidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azər­baycan Respublikası Prezidentinin 2022-сi il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2006-cı il 9 fevral tarixli 42 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenkla­turuna uyğun kodlar üzrə, habelə işlərin, xid­mətlərin, əqli fəaliyyətin nəticələrinin Siya­hısı”nın “1A004, c kateqoriyası”nın “Adları” sütununun “Qeyd” hissəsinin b) bəndində və “ML7 kateqoriyası”nın “Adları” sütununun “3. hərbi təyinatlı döyüş sursatlarına və ya materiallarına tətbiq edilməsi üçün xüsusi təyinatı olan ML7.h.1. yarımbəndində göstə­rilən “biokatalizatorlar”ın tətbiqi “texnologi­ya”sı” bölməsində ikinci halda “Qeyd” hissə­sinin ikinci cümləsində “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 dekabr tarixli 255 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlə­rinin baytarlıq (baytarlıq-sanitariya) eksper­tizasının aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci bəndin üçüncü abzasında “ər­zaq və xammalda” sözləri “qida məhsulların­da” sözləri ilə əvəz edilsin;

2.2. 2-ci hissənin altıncı abzasında “yem (heyvanların yemləndirilməsi üçün nəzərdə tutulan taxıl məhsulları, pambıq çiyidi və qabığı, qarışıq yem, qaba yemlər, cecə və s., sümük unu, ət unu, balıq unu və başqa yem əlavələri)” sözləri “yem məhsulları (heyvan­ların qidalanmasında istifadə olunan emal olunmamış, yarımemal olunmuş və tam emal olunmuş məhsullar, maddələr və yem əlavələri)” sözləri ilə əvəz edilsin;

2.3. 4.4-cü bəndin birinci cümləsində “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqın­da Əsasnamə”nin 85-ci maddəsinin beşinci abzasının birinci cümləsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 aprel tarixli 66 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nda aşa­ğıdakı dəyişikliklər edilsin:

4.1. 1.2.3-cü və 1.2.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“1.2.3. yem məhsulları - heyvanların qi­dalanmasında istifadə olunan emal olunma­mış, yarımemal olunmuş və tam emal olun­muş məhsullar, maddələr və yem əlavələri;

1.2.4. yem əlavələri - yem məhsuluna və suya məqsədli şəkildə əlavə olunan, hey­vanların rasionunda çatışmayan maddələrin, mineralların və vitaminlərin mənbəyi kimi is­tifadə olunan üzvi, mineral və (və ya) sintetik mənşəli maddələr;”;

4.2. 3.6-cı bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İdxalçı ölkələr tələb etdiyi hallarda ixrac olunan məhsullara Azərbaycan Respublikası­nın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən sağlamlıq sertifikatı qida məhsulunun qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan mənşəli məhsullar üçün heyvan sağ­lamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilərlər.”.

5. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda aşağıdakı dəyişik­liklər edilsin: 

5.1. 13.3-cü, 17.7-ci bəndlərə və 17.8.23-cü yarımbəndin ikinci cümləsinə “texniki” sözündən əvvəl “qida təhlükəsizliyi sahəsində” sözləri əlavə edilsin;

5.2. 16.16-cı bəndin ikinci abzasında “ər­zaq” sözü “qida” sözü ilə əvəz edilsin; 

5.3. 17.7-ci bəndin ikinci cümləsində “sanitariya-gigiyena tələblərinə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki norma­tiv hüquqi aktlara” sözləri ilə əvəz edilsin; 

5.4. 17.8-ci bənddə “sanitariya-gigiye­na normalarına” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin; 

5.5. 17.10-cu bənddə “sertifikat, şəha­dətnamə” sözləri “Qida Təhlükəsizliyi Re­yestrindən çıxarış, idxal olunan məhsullara münasibətdə idxal sağlamlıq aktı” sözləri ilə əvəz edilsin;

5.6. 17.21-ci bənddə “ərzaqlar” sözü “qi­dalar” sözü ilə əvəz edilsin;

5.7. 17.25-ci bəndin ikinci və üçüncü ab­zaslarında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

5.8. 19.3-cü və 20.5-ci bəndlərə “sanitari­ya-gigiyena tələblərinə” sözlərindən sonra “, qida təhlükəsizliyi sahəsində texniki norma­tiv hüquqi aktlara” sözləri əlavə edilsin; 

5.9. 20.4-cü bənddə “ərzaqlarla” sözü “qidalarla” sözü ilə əvəz edilsin;

5.10. 42.1.12-ci yarımbəndə “baytarlıq sənədlərini” sözlərindən sonra “, Qida Təh­lükəsizliyi Reyestrindən çıxarışı, idxal olu­nan məhsullara münasibətdə idxal sağlamlıq aktını” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”nda aşağıdakı dəyişikliklər edilsin: 

6.1. 1.2-ci bəndin birinci cümləsinə və 2.5-ci bəndə “qaydalarına” sözündən sonra “, qida təhlükəsizliyi sahəsində texniki norma­tiv hüquqi aktların tələblərinə” sözləri əlavə edilsin; 

6.2. 2.3-cü bəndin ikinci abzasında və 2.6-cı bənddə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

6.3. 2.6-cı bəndin birinci abzasına “keç­məlidirlər” sözü “keçirilməli, habelə gigi­yenik təlimlərə cəlb olunmalıdırlar” sözləri əlavə edilsin;

6.4. 2.6-cı bəndin birinci abzasına aşağı­dakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İlkin və dövri tibbi müayinələrdən keç­məmiş, habelə müxtəlif yoluxucu xəstəlik­lərin daşıyıcıları olan və ya infeksion xəstə­liklərə yoluxmuş əməkdaşların qida blokuna buraxılması qadağandır.”. 

7. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu (Cild I) ilə təs­diq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın 4.4.3-cü yarımbəndində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları