Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 19 Bakı şəhəri, 13 yanvar 2024-cü il

Abşeron və Xızı rayonlarının inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyə­tinə aid bəzi torpaq sahələrinin bərpa olu­nan enerji mənbələrinin ərazisi kimi müəy­yən edilməsi haqqında

“Elektrik enerjisi istehsalında bərpa olu­nan enerji mənbələ-rindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

1. Qoyuluş gücü 240 MVt olan “Xızı-Abşeron” külək elektrik stansiyasının tikinti­si məqsədilə Abşeron rayonunun inzibati əra­zisində dövlət mülkiyyətində 8,0052 hektar, Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələ­diyyəsinin mülkiyyətində 6,1763 hektar, Xızı rayonunun inzibati ərazisində dövlət mülkiy­yətində 3,7665 hektar və Xızı rayonu Sital­çay Bələdiyyəsinin mülkiyyətində 18,8293 hektar olmaqla, ümumilikdə 36,7773 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələ­rinin ərazisi kimi müəyyən edilsin (torpaq sahəsinin yerləşdiyi yeri, ölçülərini və sər­hədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur).

2. Azərbaycan Respublikasının Energeti­ka Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə müəy­yən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Res­publikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edil­miş “Bərpa olunan enerji mənbələrinin əra­zisində elektrik enerjisi istehsalçısının seçil­məsi Qaydası”nın tələblərinə uyğun həyata keçirsin.

3. Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bər­pa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 36,7773 hektar torpaq sahə­sində külək elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqın­da” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddət­də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qə­rarın 3-cü hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmə­dikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respubli­kasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Qərarın icrasına nəzarət Azərbay­can Respublikası Nazirlər Kabineti Aparatı­nın Aqrar və ekologiya şöbəsinə həvalə edil­sin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları