Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 507 Bakı şəhəri, 30 dekabr 2023-cü il

Azərbaycan Respublikası Xüsusi Rabitə və İn­formasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əmək­daşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdi­rilməsi haqqında” Azərbaycan Respublikası Preziden­tinin 2020-ci il 16 mart tarixli 957 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Xüsusi Rabitə və İn­formasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaş­larının (Xidmətdən pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinin sanitar-epide­mioloji, ambulator-poliklinik və stasionar yardım üzrə tibb xidmətləri ilə təmin olunması “Hərbi qulluqçuların statusu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliy­yəti haqqında” Azərbaycan Respublikası qanunlarının və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsü­nün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata ke­çirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Dövlət Təh­lükəsizliyi Xidməti tərəfindən həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Qərarın icrası ilə əlaqədar müvafiq və­saitin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Azərbaycan Respublikası Xüsusi Rabitə və İn­formasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə razı­laşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etsin.

3. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə mi­nir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları