Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

post-img

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev yanvarın 18-də Naxçıvan şəhərində vətəndaşlarla görüşəcək.

Nazirlikdən bildirib ki, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında nazir Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının, həmçinin də Naxçıvan şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Görüşdə iştirak üçün yanvarın 17-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsi ilə, həmçinin də Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 036 550 99 01 və ya 010 230 71 65 nömrəli telefonlar vasitəsi ilə qeydiyyatdan keçmək olar.

Son xəbərlər