Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 508 Bakı şəhəri, 30 dekabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təs­diq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdi­yi halda həmin uçotun onun ailə üzvləri üçün saxla­nılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azər­baycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 730-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1344; 2021, № 11, maddə 1294) ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”n­da aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutu­lan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanın­dan (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təmsilçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilmə­si mümkün olmadığı hallarda onların təqdim edilməsi təmsilçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təmsilçi tərəfindən təmin edilir.”.

2. 2.4-cü bəndə “gec olmayaraq” sözlərindən sonra “(bu Qaydanın 2.2-1-ci bəndinin tələbi nəzərə alınmaq­la)” sözləri əlavə edilsin.

3. 3.1.1-ci yarımbəndə “təqdim edilmədikdə” sözlə­rindən sonra “(bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları