Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 509 Bakı şəhəri, 30 dekabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı ilə təs­diq edilmiş “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respubli­kasının Qanununda dəyişiklik edilməsi barədə” Azər­baycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 738-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azər­baycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 655; 2022, № 5, maddə 552; 2023, № 1, maddə 126; Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2023-cü il 10 oktyabr tarixli 363 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.8. “Lisenziyalar və icazələr haqqında” Azərbay­can Respublikası Qanununun və bu Qaydanın 2.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla, ərizəyə aşağıdakı sənədlər əlavə edilir:”.

2. Aşağıdakı məzmunda 2.8-1-ci bənd əlavə edilsin:

“2.8-1. Dövlət ekoloji ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elekt­ron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi müm­kün olduqda, həmin sənədlər və ya məlumatlar sifariş­çidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya si­farişçi tərəfindən təmin edilir.”.

3. 2.12-ci bənd üzrə:

3.1. birinci cümləyə “sənədlərin” sözündən sonra “(bu Qaydanın 2.8-1-ci bəndinin tələbləri nəzərə alın­maqla)” sözləri əlavə edilsin;

3.2. üçüncü cümləyə “barədə” sözündən sonra “(bu Qaydanın 2.8-1-ci bəndinin tələbləri nəzərə alınmaq­la)” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları