Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 510 Bakı şəhəri, 30 dekabr 2023-cü il

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 360 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edil­miş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 oktyabr tarixli 2335 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kol­legiyasının tərkibi haqqında” Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 360 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2018, № 8, maddə 1811; 2020, № 11, maddə 1408; 2021, № 7, maddə 869) 1-ci hissəsin­də aşağıdakı dəyişikliklər edilsin:

1. “11” rəqəmləri “9” rəqəmi ilə əvəz edilsin.

2. “Kollegiyanın üzvləri” bölməsinin birinci abzası ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları