Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 434 Bakı şəhəri, 4 dekabr 2023-cü il

“Elektron kredit və zəmanət” infor­masiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında

“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahib-karların maliy­yə resurslarına çıxış imkanlarının geniş­ləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbay­can Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “Elektron kredit və zəmanət” infor­masiya sisteminin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Elektron kredit və zəmanət” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) “Hökumət buludu”nda yerləşdi­rilməsi üçün texnoloji mühiti təmin etsin.

3. Azərbaycan Respublikasının Xü­susi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

3.1. informasiya sistemini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və həmin informasiya siste­minin təhlükəsizlik meyarları üzrə moni­torinqini həyata keçirsin;

3.2. informasiya sisteminin təhlükə­sizliyinin təmin edilməsi məqsədilə Azər­baycan Respublikasının İqtisadiyyat Na­zirliyi ilə birlikdə zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının İqti­sadiyyat Nazirliyi Azərbaycan Respubli­kası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlə-rinin formalaşdırılması, aparıl­ması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələbləri nəzərə alınmaqla, informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görsün.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr 

tarixli 434 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

“Elektron kredit və zəmanət” informasiya sisteminin

 

ƏSASNAMƏSİ

 

1.             Ümumi müddəalar

 

1.1.            Bu Əsasnamə “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndiril-məsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-ci il 9 yanvar tarixli 1957 nömrəli Fərmanının 3.1-ci bəndinə uyğun olaraq hazırlanmışdır və “Elektron kredit və zəmanət” informasiya sisteminin (bundan sonra – informa-siya sistemi) formalaşdırılmasının, aparılmasının, arxivləşdirilməsinin, eləcə də digər dövlət informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə inteqrasiyasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2.            İnformasiya sistemi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na (bundan sonra – Qayda) uyğun olaraq zəmanətlə kredit almaq istəyən sahibkarlıq subyektlərinin müraciət etməsini, müraciət əsasında Qaydanın 3.3.5–3.3.10-cu yarımbəndlərində nəzərdə tutulmuş halların mövcud-luğunun müəyyən edilməsini, Azərbaycan Biznesinin İnkişafı Fondunun (bundan sonra – Fond) və müvəkkil kredit təşkilatlarının müvafiq qərarlarının və bildirişlərinin yerləşdirilməsini təmin edən sistemdir. 

1.3.            İnformasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər Fondun vəsaitləri hesabına və normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada digər mənbələr hesabına maliyyələşdirilir.

1.4.            Sistemdən istifadə ödənişsizdir.

1.5.            İnformasiya sisteminin formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına və arxivləşdirilməsinə dair bu Əsasnamə ilə tənzim-lənməyən digər məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na (bundan sonra – Qaydalar) uyğun həll edilir.

1.6.            Fərdi məlumatların informasiya sistemində toplanılması və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanların təmin edilməsidir. Fərdi məlumatların informasiya sistemində işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respubli-kasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun həyata keçirilir.

 

2.             Əsas anlayışlar

 

2.1.            Bu Əsasnamənin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1.        informasiya sisteminin iştirakçısı - informasiya siste-minin informasiya proseslərində iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti; 

2.1.2.        sahibkarlıq subyekti - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (gəlir) götürmək olan və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər;

2.1.3.        informasiya sisteminin istifadəçiləri - normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada informasiya sistemindən informasiya əldə etmə və ya informasiyadan istifadə hüququ verilmiş, zəmanətli kredit almaq məqsədilə müraciət etmiş sahibkarlıq subyektləri;

2.1.4.        informasiya sisteminin digər istifadəçiləri - zəmanətli kreditlərin verilməsində iştirak edən, normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq informasiya ehtiyatından informasiya ötürmə, əldə etmə və ya informasiyadan istifadə hüququ verilmiş müvəkkil kredit təşkilatları;

2.1.5.        sahib - normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada informasiya sistemi üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə informasiya sisteminin aparılmasını təmin edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

2.1.6.        operator - sahibin informasiya sisteminin fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələrini normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə həvalə etdiyi Fond;

2.1.7.        elektron kabinet - informasiya sisteminin istifadəçilərini Vahid Giriş Sistemi vasitəsilə identikləşdirməklə özü barədə olan məlumatlarla və həmin məlumatlardan istifadə olunması barədə məlumatlarla (Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hallar istisna olmaqla) tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, müraciətləri elektron formada göndər-məsini, elektron xidmətlərdən istifadə etməsini, müraciətlərinə dair yerləşdirilmiş bildiriş və ya qərarla tanış olmasını, həmçinin sahib, operator, informasiya sisteminin iştirakçıları və digər istifadəçilər ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifə.

2.2.            Bu Əsasnamədə istifadə olunan digər anlayışlar müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

 

3.             İnformasiya sisteminin məqsədi və fəaliyyət prinsipləri

 

3.1. İnformasiya sisteminin tətbiqinin məqsədi Fondun Qaydaya uyğun həyata keçirdiyi xidmətə çıxış imkanlarının sadələşdiril-məsindən, informasiya sisteminin istifadəçiləri və digər istifadəçiləri üçün bərabər şərait yaradılmasından, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsindən, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənəd və məlumatları real vaxt rejimində əldə etməklə sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına nail olmaqdan ibarətdir. 

3.2. İnformasiya sistemi Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır və aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:

3.2.1. istifadə rahatlığı - informasiya sistemindən istifadənin və məlumat mübadiləsinin əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

3.2.2. fasiləsizlik - informasiya sistemində aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

3.2.3. operativlik - informasiya sistemində məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı proseslərinin sürətli şəkildə həyata keçirilməsi;

3.2.4. şəffaflıq - informasiya sisteminin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.

 

4.             İnformasiya sisteminin texniki-texnoloji infrastrukturu

 

4.1. İnformasiya sisteminin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

4.1.1. informasiya sisteminin proqram təminatı və  onun texniki vasitələri;

4.1.2.        telekommunikasiya xətləri;

4.1.3.        ehtiyat nüsxələr;

4.1.4.        informasiya sisteminin test mühiti.

4.2.            İnformasiya sisteminin proqram təminatı və onun texniki vasitələri elektron xidmətlər göstərilməsini, istifadəçilərin onlardan istifadəsini, informasiya mübadiləsinin həyata keçirilməsini, informa-siya sisteminin fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini təmin edir.

4.3.            İnformasiya sistemi onun fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət göstərilməsini, o cümlədən elektron informasiya mübadiləsini təmin edən dayanıqlı, mühafizə olunan, yüksəkötürücülü fiber-optik əsas və ehtiyat telekommunikasiya xətlərinə malikdir. İnformasiya sistemi mərkəzləş-dirilmiş informasiya sistemidir və informasiya sisteminin məqsədini təmin edən informasiya sisteminin iştirakçılarının informasiya sistemləri və ehtiyatlarına inteqrasiya olunmalıdır.

4.4.            İnformasiya sisteminin fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə informasiya sistemi və informasiya sistemində toplanılan məlumatlar, habelə onların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.

4.5.            İnformasiya sistemində aparılan dəyişikliklərin yoxlanıl-ması test mühitində həyata keçirilir.

 

5.             Təhlükəsizlik tədbirləri

 

5.1.            İnformasiya sisteminin yaradılması və istifadəsi prosesində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, informasiyanın mühafizəsinə dair tələblərə riayət edilməlidir.

5.2.            İnformasiya sistemində məlumatların işlənilməsi zamanı proqram-texniki vasitələrin işinin pozulmasına gətirib çıxaran təsirlərə yol verilməməlidir.

5.3.            Sahib və operator Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə informasiya sisteminə qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsini, informasiya sistemində mövcud olan məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin, qanunsuz yayılmasının qarşısının alınmasını təmin edir.

5.4. İnformasiya sistemi üzrə məlumatların təhlükəsiz şəkildə yazılması, sistemləşdirilməsi, yenilənməsi, dəyişdirilməsi, çıxarıl-ması, silinməsi, yayılması, saxlanılması, ötürülməsi və məhv edilməsi üçün mühafizə vasitələri sertifikatlaşdırılmalı, texniki tələblərə uyğun quraşdırılmalı və istismara verilməlidir.

5.5. İnformasiya sisteminə daxil edilən məlumatların etibarlılığının və təhlükəsizliyinin təmin olunması məqsədilə informa-siya sisteminin istifadəçiləri informasiya sisteminə Vahid Giriş Sistemindən istifadə etməklə sistemdə identifikasiya olunmalı və eyniləşdirilməlidirlər.

5.6. İnformasiya sistemi vasitəsilə onun istifadəçiləri, digər istifadəçiləri və iştirakçıları arasında informasiya proseslərində məlumatların (sənədlərin) təsdiq edilməsi və göndərilməsi yalnız təkmil sertifikatlı gücləndirilmiş elektron imzadan istifadə edilməklə həyata keçirilir.

 

6.             İnformasiya sisteminin funksiyaları və

mübadilə edilən məlumatlar

 

6.1.            İnformasiya sistemi vasitəsilə aşağıdakılar təmin edilir:

6.1.1. zəmanətli kredit və faiz subsidiyasının alınması üçün tələb olunan sənədlərin siyahısı və müvafiq şərtlər barədə məlumatın olması; 

6.1.2.        sahibkarlıq subyekti üçün elektron kabinetin yaradılması;

6.1.3.        zəmanətli kredit və faiz subsidiyası almaq üçün müraciət etmiş sahibkarlıq subyektlərinin vahid qeydiyyatının aparılması; 

6.1.4.        zəmanətli kreditlərin və faiz subsidiyalarının verilməsi üçün tələb olunan və bu Əsasnamənin 6.2-ci və 6.3-cü bəndlərində nəzərdə tutulan məlumatların alınması.

6.2.            İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla alacaqları kreditlərə dövlət zəmanətinin verilməsinə və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinin subsidiyalaşdırılmasına dair müraciətlərinin hərtərəfli təhlil edilməsi məqsədilə aşağıdakı məlumatların informasiya sistemi vasitəsilə ötürülməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təmin edilir:

6.2.1. hüquqi şəxsin adı, VÖEN-i, qeydiyyat tarixi, hüquqi ünvanı;

6.2.2.        fiziki şəxsin adı, soyadı, ata adı, cinsi, doğum tarixi, FİN kodu, VÖEN-i, vergi uçotuna alınma tarixi, faktiki yaşadığı ünvan;

6.2.3.        vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə);

6.2.4.        vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvanları;

6.2.5.        sahibkarlıq subyektinin fəaliyyət növünün təsərrüfat subyektinin (obyektinin) uçota alınmasını tələb edən fəaliyyət sahəsinə aid olub-olmamasına dair məlumat;

6.2.6.        riskli vergi ödəyicisi olub-olmadığı barədə məlumat;

6.2.7.        nizamnamə kapitalında dövlətin iştirak payının 50%-dən çox olub-olmaması barədə məlumat;

6.2.8.        sahibkarlıq subyekti barəsində (habelə hüquqi şəxsin icra orqanının rəhbəri barəsində həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət təqibi və ya inzibati xəta üzrə icraat həyata keçirilib-keçirilməməsi barədə məlumatlar;

6.2.9.        sahibkarlıq subyektinin kreditin alınması üçün müraciət etdiyi tarixə fəaliyyətinin dayandırılması və ya  sahibkarlıq subyektinin ləğvetmə prosesində olması barədə məlumatlar.

6.3.            Sahibkarlıq subyektlərinin təsərrüfat obyektinə dair məlumatlarının sorğu əsasında informasiya sistemi vasitəsilə ötürülməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təmin edilir.

6.4.            Bu Əsasnamənin 6.2-ci və 6.3-cü bəndlərində əks olunan məlumatların informasiya sisteminə ötürülməsi informasiya sisteminin iştirakçıları tərəfindən EHİS vasitəsilə həyata keçirilir. 

 

 

7.             İnformasiya sisteminin sahibinin vəzifələri və hüquqları

 

7.1.            İnformasiya sisteminin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı vəzifələri vardır:

7.1.1.        informasiya sisteminin idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

7.1.2.        informasiya sistemi formalaşdırıldıqdan sonra “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə, o cümlədən fərdi məlumatların işlənildiyi və mühafizə edildiyi dövlət informasiya ehtiyatlarına və sistemlərinə (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) münasibətdə fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatının həyata keçirilməsi üçün tədbirlər görmək, bu məqsədlə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş məlumatları (sənədləri) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim etmək;

7.1.3.        fərdi məlumatların informasiya ehtiyatlarının və sistem-lərinin, həmçinin fərdi məlumatların dövlət informasiya ehtiyatlarında və sistemlərində işlənilməsinin və mühafizəsinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək; 

7.1.4.        informasiya sisteminin informasiya təhlükəsizliyi məqsə-dilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları          24 saatdan gec olmayaraq fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə təqdim etmək, habelə həmin dövlət orqanları tərəfindən bu barədə sorğu verildikdə həmin sorğuları 24 saatdan gec olmayaraq cavablandırmaq;

7.1.5.        informasiya sisteminə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının, konfidensiallığının təmin olunması, habelə həmin məlumatların, informasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək, həmçinin informasiya təhlükəsizliyini təmin etmək və fərdi məlumatların, o cümlədən kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların mühafizəsini təşkil etmək;

7.1.6.        informasiya sisteminin mühafizəsinin, o cümlədən informasiya sistemi və həmin sistemdə toplanılan məlumatların, onların ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün aidiyyəti dövlət orqanları və operator ilə birlikdə tədbirlər görmək;

7.1.7.        elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;

7.1.8.        EHİS-də yaradılan elektron imkanlar vasitəsilə informasiya sisteminin istifadəçilərinin, digər istifadəçilərinin və iştirakçılarının tələbi əsasında onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;

7.1.9.        informasiya sisteminə çıxışı olan, habelə onların aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

7.1.10.     aidiyyəti qurumların informasiya sisteminin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;

7.1.11.     tələb edilən sənədlər barədə məlumatlar digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin məlumatların ilkin mənbədən əldə edilməsi üçün operator və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə tədbirlər görmək.

7.2.            İnformasiya sisteminin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:

7.2.1.        informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;

7.2.2.        informasiya sisteminin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla əməkdaşlıq etmək;

7.2.3.        normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) informasiya sisteminə daxil etmək;

7.2.4.        informasiya sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;

7.2.5.        informasiya sistemindən sərbəst və maneəsiz istifadə, eləcə də onların funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlan-dırma işləri aparmaq;

7.2.6.        informasiya sisteminin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğular vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;

7.2.7.        informasiya sistemində dəyişikliklər, təkmilləşdirmələr aparılması üçün operatora tapşırıqlar vermək və onların həyata keçirilməsinə nəzarət etmək.

 

8. İnformasiya sisteminin operatorunun 

vəzifələri və hüquqları

 

8.1.               İnformasiya sisteminin fəaliyyətini təmin etmək üçün operatorun aşağıdakı vəzifələri vardır:

8.1.1.           informasiya sisteminin informasiya təhlükəsizliyini aidiyyəti dövlət orqanları və sahib ilə birgə təmin etmək;

8.1.2.           informasiya sisteminə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının, konfidensiallığının təmini, habelə həmin məlumatların, informasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;

8.1.3.           elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;

8.1.4.           EHİS-də yaradılan elektron imkanlar vasitəsilə informasiya sisteminin istifadəçisinin, digər istifadəçilərinin və iştirakçılarının tələbi əsasında onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;

8.1.5.           informasiya sisteminin mühafizəsinin, o cümlədən onların ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün aidiyyəti dövlət orqanları və sahib ilə birlikdə tədbirlər görmək;

8.1.6.           İnformasiya sisteminin fəaliyyəti üzrə hər hansı bir qəza (xəta) baş verdiyi və ya informasiya sisteminin fəaliyyətində fasilə yarandığı halda sahibi, informasiya sisteminin iştirakçılarını, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətini məlumatlandırmaq;

8.1.7.           informasiya sisteminin fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində texniki tədbirlər görmək;

8.1.8.           informasiya sistemindən sərbəst və maneəsiz istifadəni, informasiya sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə onun proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışları təşkil etmək;

8.1.9.           informasiya sistemini EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;

8.1.10.         informasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

8.1.11.         informasiya sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsinə dair profilaktik işlər aparmaq;

8.1.12.         sahibin müraciəti əsasında normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;

8.1.13.         informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları sahibə və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim etmək;

8.1.14.         informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini hüquqi aktlara, beynəlxalq standartlara və qaydalarla müəyyən edilən tələblərə uyğun formada aparmaq;

8.1.15.         informasiya sisteminin funksiyalarını təmin etmək;

8.1.16.         aidiyyəti qurumların informasiya sisteminin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;

8.1.17.         informasiya sistemindən istifadə qaydaları barədə infor-masiya sisteminin iştirakçılarını, istifadəçilərini və digər istifadəçilərini məlumatlandırmaq və metodiki köməklik göstərmək;

8.1.18.         informasiya sistemindən istifadə və sistemin funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işi aparmaq;

8.1.19.         işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla alacaqları kreditlərə dövlət zəmanətinin verilməsinə və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinin subsidiyalaşdırılmasına dair müraciətləri ilə bağlı bildiriş və qərarı informasiya sisteminə ötürmək;

8.1.20.         tələb olunan sənədlər barədə məlumatlar digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin məlumatların ilkin mənbədən əldə edilməsi üçün sahiblə birlikdə tədbirlər görmək.

8.2.               İnformasiya sisteminin fəaliyyətini təmin etmək üçün operatorun aşağıdakı hüquqları vardır:

8.2.1.           informasiya sisteminin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla əməkdaşlıq etmək;

8.2.2.           informasiya sisteminin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti orqanlara (qurumlara) sorğular vermək və həmin orqanlardan (qurumlardan) belə məlumatları (sənədləri) almaq;

8.2.3.           informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;

8.2.4.           informasiya sistemi ilə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılması məqsədilə məsələ qaldırmaq;

8.2.5.           informasiya sisteminin parametrlərində dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;

8.2.6.           normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) informasiya sisteminə daxil etmək.

 

9.             İnformasiya sisteminin iştirakçılarının 

vəzifələri və hüquqları

 

9.1.            İnformasiya sisteminin iştirakçılarının vəzifələri aşağıda-kılardır:

9.1.1.        informasiya sisteminə çıxışı olan, habelə onun aparılma-sında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

9.1.2.        informasiya sisteminə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;

9.1.3.        aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə sahibi və ya operatoru olduğu informasiya sisteminə daxil etmək (ötürmək), bu məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;

9.1.4.        məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;

9.1.5.        informasiya sistemindən, habelə həmin informasiya sistemində olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;

9.1.6.        informasiya sistemində saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması üçün dərhal informasiya sisteminin sahibinə və operatora məlumat vermək;

9.1.7.        sahibin və operatorun informasiya sisteminə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;

9.1.8.        informasiya sisteminin fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;

9.1.9.        sahibi və ya operatoru olduğu informasiya sisteminin informasiya təhlükəsizliyini aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə təmin etmək;

9.1.10.     sahibi və ya operatoru olduğu informasiya sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək;

9.1.11.     məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmaz-lıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə informasiya sisteminin sahibinə və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat vermək.

9.2.            İştirakçıların aşağıdakı hüquqları vardır: 

9.2.1.        informasiya sisteminin fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün həmin informasiya sisteminin sahibinə sorğular vermək və həmin qurumdan belə məlumatları (sənədləri) almaq;

9.2.2.        informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində həmin informasiya sisteminin sahibinə təkliflər vermək.

10.          İnformasiya sisteminin istifadəçilərinin funksiyaları

 

10.1.         İnformasiya sisteminin istifadəçiləri informasiya sistemi ilə bağlı aşağıdakı funksiyalara malikdirlər:

10.1.1.     elektron kabinet yaratmaq;

10.1.2.     zəmanətli kredit və faiz subsidiyası alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumat almaq;

10.1.3.     zəmanətli kredit almaq üçün müraciəti real vaxt rejimində göndərmək;

10.1.4.     müraciətlərinə dair yerləşdirilmiş bildiriş və ya qərarla tanış olmaq.

 

11.          İnformasiya sistemindən istifadə

 

11.1.         İnformasiya sistemindən istifadə internet informasiya ehtiyatı üzərindən həyata keçirilir.

11.2.         Qeydiyyatdan keçən hər bir informasiya sisteminin istifadəçilərinə informasiya sistemində avtomatik qaydada elektron kabinet formalaşdırılır. 

11.3. Sahib tərəfindən informasiya sisteminin istifadəçilərinin və digər istifadəçilərinin informasiya sisteminə giriş hüququ aşağıdakı hallarda məhdudlaşdırılır:

11.3.1. informasiya sisteminə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;

11.3.2. bu Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.

11.4.         İnformasiya sisteminin istifadəçiləri informasiya sistemi vasitəsilə elektron xidmətlərdən normativ hüquqi aktların tələblərinə uyğun olaraq yalnız özlərinə aid məlumatları əldə etmək və əməliyyatlar həyata keçirmək üçün istifadə edirlər.

 

Nazirlər kabinetinin qərarları