Nazirlər Kabinetinin 434 nömrəli Qərarına dair izah
Qərar “Elektron kredit və zəmanət” informasiya sisteminin formalaşdırılmasının, aparılmasının, arxivləşdirilməsinin, eləcə də digər dövlət informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
Qeyd olunan informasiya sisteminin tətbiqi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına cıxış imkanlarının genişləndirilməsinə və bu ərazilərə investisiya qoyuluşunun canlanmasına, eləcə də informasiya kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənəd və məlumatları real vaxt rejimində əldə etməklə sərf olunan vaxta və xərclərə qənaət olunmasına, bank, sahibkar və fond arasında məlumat mubadiləsinin surətləndirilməsinə və nəzarət mexanizminin gücləndirilməsinə səbəb olacaqdır.