Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 386 Bakı şəhəri, 30 oktyabr 2023-cü il

“Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçi­rilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyi­nin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1139 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçiril­məsi Qaydası” təsdiq edilsin (əlavə olu­nur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanla­rının normativ hüquqi aktlarının layihələ­rinin hazırlanması, razılaşdırılması, qə­bul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları