Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 387 Bakı şəhəri, 30 oktyabr 2023-cü il

“İnternet informasiya ehtiyatı va­sitəsilə elektron ticarəti həyata ke­çirən qeyri-rezidentin elektron qay­dada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanu­nunun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüv­vəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azər­baycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Res­publikası Vergi Məcəlləsinin tətbiq edil­məsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan isteh­lakçılar tərəfindən Azərbaycan Respub­likasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart ta­rixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnternet informasiya ehtiyatı va­sitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınma­sı və uçotdan çıxarılması Qaydası” təs­diq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanla­rının normativ hüquqi aktlarının layihələ­rinin hazırlanması, razılaşdırılması, qə­bul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları