Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 385 Bakı şəhəri, 30 oktyabr 2023-cü il

“Özəl məhkəmə eksperti qismin­də fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı”nın təsdiq edilmə­si haqqında

“Dövlət məhkəmə ekspertizası fəa­liyyəti haqqında” Azərbaycan Respubli­kasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqın­da” Azərbaycan Respublikası Qanunu­nun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbay­can Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanı­nın 1.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. “Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsu­si biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanla­rının normativ hüquqi aktlarının layihələ­rinin hazırlanması, razılaşdırılması, qə­bul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları