Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 321 Bakı şəhəri, 13 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron notariat” informasiya siste­mi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizin­ci abzasını rəhbər tutaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 652-VIQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Res­publikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edil­məsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 1989 nömrəli Fərmanının 2.2-ci bən­dinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1176; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 8 iyul tarixli 224 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Elektron notariat” infor­masiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 

1. 12.3.5-ci yarımbənddə “şəxslər haqqında arayış” sözləri “şəxslərin so­yadı, adı və ata adı haqqında elektron sənəd” sözləri ilə əvəz edilsin.

2. 12.3.6-cı yarımbəndə “arayışlar” sözündən sonra “(məlumatlar)” sözü əlavə edilsin.

3. 12.3.7-ci yarımbənddə “mülkiyyət hüquqlarının” sözləri “hüquqların” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları