Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 322 Bakı şəhəri, 13 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilmə­si Qaydaları”nda dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 629-VIQD nömrəli Qa­nununun tətbiqi və “Azərbaycan Respub­likası Əmək Məcəlləsinin təsdiq edilmə­si, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqın­da” Azərbaycan Respublikası Qanunu­nun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında də­yişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 noyabr tarixli 1893 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 227; 2011, № 5, mad­də 449; 2018, № 11, maddə 2448; 2021, № 10, maddə 1193) ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilmə­si Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. I hissə üzrə:

1.1. 1.3-cü bənddə “onun müddəa­larına uyğun müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş,” sözləri “qanunvericiliyə uyğun qəbul edilmiş di­gər” sözləri ilə əvəz edilsin;

1.2. 1.4-cü bəndin səkkizinci abzası­nın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məz­munda doqquzuncu abzas əlavə edilsin: 

“hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində tə­masda olması qadağan olunan zərərli istehsalat amilləri olan iş yerlərinin müəy­yən edilərək onların həmin iş yerlərinə buraxılmaması və digər yüngül işlərdə çalışmasının təmin edilməsi.”.

2. Aşağıdakı məzmunda 3.6-cı bənd əlavə edilsin:

“3.6. İş yerlərinin attestasiyasının nə­ticələrinə əsasən Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2023-cü il 31 may tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hamilə və ya bir yaşına çatma­mış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin siyahısı”na uyğun olaraq hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qa­dağan edilən iş yeri müəyyən edildikdə “Əmək şəraiti üzrə iş yerinin attestasiyası xəritəsi”nin “Əmək şəraitinə görə güzəşt­lər” hissəsində bu iş yerlərində hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqinin qadağan edilməsi və yüngül işə keçirilməsi barədə müvafiq qeyd aparılır.”. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları