ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim erməni lobbisi ilə korrupsiya əlaqələrinə görə - hazırda ABŞ Federal Təhqiqatlar Bürosunun istintaqı altında olan senator Bob Menendezin 2023-cü il sentyabrın 14-də ABŞ Senatında təşkil etdiyi dinləmələrdə anti-Azərbaycan bəyanat verib.
XQ xəbər verir ki, Qərbi Azərbaycan İcması bununla bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunub: “ABŞ hökuməti Ermənistanın yalanlarına uymamalı, insan hüquqlarının müdafiəsi məsələsində etnik ayrı-seçkiliyə yol verməməli, Azərbaycanın daxili işlərinə müdaxilə etməməli və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməlidir”.