Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 209 Bakı şəhəri, 25 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərc­liyi barədə məlumatların təqdim olun­ması Qaydaları”nda dəyişiklik edilmə­si barədə

“Əmək pensiyaları haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbay­can Respublikası Qanununun tətbiq edil­məsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Pre­zidentinin 2022-ci il 15 dekabr tarixli 1902 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 860; 2012, № 12, maddə 1351; 2016, № 7, maddə 1343, № 9, maddə 1585; 2017, № 4, maddələr 620, 643; 2019, № 3, maddə 559, № 8, maddə 1476; 2020, № 3, maddə 348; 2021, № 3, maddə 280, № 10, maddə 1183; 2022, № 8, maddə 1015, № 11, maddə 1339) ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesab­lanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olun­ması Qaydaları”nda aşağıdakı dəyişiklik­lər edilsin:

1.1. 4-cü hissədə “6-cı və 7-ci hissələ­ri” sözləri “7-ci hissəsi” sözləri ilə əvəz edilsin;

1.2. 6-cı hissə ləğv edilsin.

2. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları