Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 210 Bakı şəhəri, 25 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanma­sı, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 793-VIQD nömrəli Qanunu­nun icrasını təmin etmək məqsədilə Azər­baycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421; 2023, № 2, maddə 315) ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesab­lanması, bir növdən başqa növə keçiril­məsi və ödənilməsi Qaydası”nın 7.5-ci bəndinin mətni ikinci cümlə hesab edilsin və aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

“Əmək pensiyasının və əmək pensi­yasına əlavənin artıq ödənilmiş məbləği artıq ödəmənin aşkar olunduğu tarixdən əmək pensiyaçısından son üç il üçün he­sablanaraq tutulur.”.

2. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları