Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 208 Bakı şəhəri, 25 iyun 2023-cü il

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirli­yinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi barədə 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Naxçı­van Muxtar Respublikasının Təhsil Na­zirliyinin Naxçıvan Şəhər Kimya-Biologi­ya Təmayüllü Liseyinin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi barədə Azərbaycan Respublikası Naxçıvan Mux­tar Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Elm və Təh­sil Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin. 

2. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabine­ti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Naxçıvan Şəhər Kim­ya-Biologiya Təmayüllü Liseyin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi ilə əlaqədar irəli gələn məsələləri qanun­vericiliyin tələblərinə uyğun olaraq həll etsinlər.

3. Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin cari ildə Naxçıvan Döv­lət Universitetinin tabeliyində fəaliyyəti­nin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsində Naxçıvan Muxtar Respublikası Təhsil Na­zirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi üzrə nəzərdə tutulmuş vəsait çərçivəsində davam etdirilsin, 2024-cü ildən isə Azərbaycan Respubli­kası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə nəzərdə tutul­muş vəsait hesabına həyata keçirilsin.

4. Azərbaycan Respublikasının Ma­liyyə Nazirliyi bu Qərarın 3-cü hissəsində qeyd olunan maliyyələşmə məsələlərini növbəti illərin Azərbaycan Respublikası­nın icmal və dövlət büdcəsinin tərtibi pro­sesində nəzərə alsın. 

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları