Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 207 Bakı şəhəri, 25 iyun 2023-cü il

Naxçıvan Lift Xidmətinin və Naxçı­van Yaşıllaşdırma Xidmətinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Res­publikası Prezidentinin 2007-ci il 6 iyun ta­rixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əm­lakının idarə edilməsinin təkmilləşdirilmə­si üzrə Dövlət Proqramı”nın 7.11-ci bən­dinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Nax­çıvan Muxtar Respublikası Nazirlər Kabi­netinin təklifi nəzərə alınaraq, Naxçıvan Lift Xidməti və Naxçıvan Yaşıllaşdırma Xidməti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Naxçıvan Şəhər İcra Ha­kimiyyətinin tabeliyinə verilsin.

2. Azərbaycan Respublikasının Nax­çıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Şəhər İcra Haki­miyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etsinlər.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları