“Azərkosmos” 42 ölkəyə peyk xidmətləri göstərir

post-img

2023-cü ilin yanvar-may aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 42 ölkəsinə 7,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Bu barədə İqtisadi İslahatların Təh­lili və Kommunikasiya Mərkəzinin təq­dim etdiyi “İxrac icmalı”nda məlumat verilib. Məlumatda bildirilir ki, “Azərkos­mos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 faizini təşkil edib. 2023-cü ilin may ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xid­mət ixrac edib.

Qeyd edək ki, 2023-cü ilin yan­var-may ayları ərzində peyk telekom­munikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 2,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,7 milyon ABŞ dolları ilə Lüksemburq, 689,8 min ABŞ dolları ilə BƏƏ, 430,8 min ABŞ dolları ilə Almaniya və 363 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.

“Xalq qəzeti”

Son xəbərlər