Ölkəmizdə yüksək gəlirli ev təsərrüfatlarının sayı artır

post-img

Azərbaycanda gəliri 25 min dollardan yuxarı olan ev təsərrfütları 2027-ci ilə 24,4 faiz artaraq 695 min 269 olacaq. Bu barədə “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib. 

Agentlik hesab edir ki, Azərbay­canda 2027-ci ilə kimi gəliri 25 min dollardan çox olan ev təsərrüfatlarının ümumi portfeldə payı 31,7 faizə çata­caq. “Fitch Solutions” bu göstərici ilə Azərbaycanı gəlirləri 25 min dollardan yuxarı olan ev təsərrüfatlarının ən çox artımı gözlənilən Orta və Şərqi Avro­pa ölkələri (CEE) sırasına daxil edib. Azərbaycan bu artım proqnozu ilə Pol­şa, Sloveniya, Çexiya, Portuqaliyadan sonra siyahıda beşinci olub. 

Agentlik hesab edir ki, CEE bazar­larının iqtisadi genişlənməsi əsasən turizmlə bağlı olacaq. “Regiondakı bazarlar otel qrupları və turizm şirkət­ləri tərəfindən diqqət mərkəzində olan cəlbedici mənbə bazarlarına çevrilə­cək. Bu da 2023-2027-ci illərdə sözü­gedən ölkələrin gəlirlərinin artmasına təsir edəcək”,–deyə agentliyin məlu­matında bildirilir.

 

“Xalq qəzeti”

İqtisadiyyat