Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 79 Bakı şəhəri, 7 mart 2023-cü il
“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli 8 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezi-dentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 5.7-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli 8 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunveri-cilik Toplusu, 2019, № 1, maddə 152) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədə “7” rəqəmi “9” rəqəmi ilə əvəz edilsin.
2 “Kollegiyanın üzvləri:” bölməsi üzrə:
2.1. üçüncü abzasda “məskunlaşma, miqrasiya və məşğulluq” sözləri “Regional idarəetmə və status” sözləri ilə əvəz edilsin;
2.2. dördüncü abzasda “ümumi” sözü “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş” sözləri ilə əvəz edilsin;
2.3. beşinci abzasda “nəzarət, təşkilat və analitik şöbəsinin müdiri.” sözləri “Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri.” sözləri ilə əvəz edilsin;
2.4. aşağıdakı məzmunda altıncı və yeddinci abzaslar əlavə edilsin:
“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının Maliyyə şöbəsinin müdiri
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru.”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri