Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 78 Bakı şəhəri, 7 mart 2023-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli və “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 30 yanvar tarixli 19 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 1847 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 823; 2015, № 2, maddə 227; 2018, № 12 (II kitab), maddə 2721; 2019, № 9, maddə 1563) ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissədə “baytarlıq işçiləri” sözləri “baytarlıq mütə-xəssisləri” sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Heyvan xəstəliklərinin qarşısının alınması üzrə həyata keçirilən tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilir.”;
1.2. 3-cü hissənin doqquzuncu abzasında “baytar işçiləri” sözləri “baytarlıq mütəxəssisləri” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 63; 2008, № 7, maddə 673; 2015, № 2, maddə 227; 2018, № 12 (II kitab), maddə 2721; 2020, № 4, maddə 484, № 9, maddə 1222; 2021, № 10, maddə 1196; 2022, № 6, maddə 679) ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”nın 2.15-ci bəndində “baytar işçilərinin” sözləri “baytarlıq mütəxəssislərinin” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri