Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 77

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 77 Bakı şəhəri, 7 mart 2023-cü il

“Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 yanvar tarixli 1 nöm­rəli Qərarında dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 16-cı hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 yanvar tarixli 1 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2015, № 1, maddə 55; 2019, № 5, maddə 978) 1-ci hissəsinin “Kollegiyanın üzvləri:” bölməsi aşağıdakı redaksiyada veril­sin:

“Kollegiyanın üzvləri:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinləri

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Dövlət qul­luğu, hüquqi təminat və sənədlərlə iş şöbəsinin müdiri

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının I ərazi şöbə­sinin müdiri

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının II ərazi şöbə­sinin müdiri

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının III ərazi şöbə­sinin müdiri

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının IV ərazi şöbə­sinin müdiri

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının V ərazi şöbə­sinin müdiri

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Təbliğat, in­formasiya və analitik təhlil şöbəsinin müdiri

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Maliyyə və təminat şöbəsinin müdiri

Azərbaycan Diasporuna Dəstək Fondunun İcraçı direktoru.”.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları