XQ-yə dost açıqlaması
Özbəkistanlı yazıçı-publisist, araşdırmaçı Şöhrət Barlas redaksiyamızın qonağı oldu. Fürsətdən istifadə edərək, ondan qəzetiniz üçün qısa müsahibə aldıq.
– Şöhrət bəy, öncə sizi Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvü seçilməyiniz münasibəti ilə təbrik edirik! Bilirik ki, bu günlərdə Şuşada da olmusunuz və həmin səfər nə ilə bağlı idi?
– Təbrik üçün təşəkkürümü bildirirəm. Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Həmin Mərkəzin Azərbaycanla bağlı layihəsinə əsasən Öbəkistanlı jurnalistlərin buraya səfərlərini təşkil etdik. Həmkarlarımız müxtəlif çəkilişlər apardılar, reportajlar hazırladılar. Xatırladım ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəksitana səfərə gələndə bizim Prezidentimiz Şavkat Mirziyoyev demişdi: “Mən oralarda ermənilər nələt etdiklərini gözlərimlə gördüm”. Biz də istədik ki, vandallaarın burada nələr törətdiyini görək və özbək xalqına göstərək.
Bizim minillər boyu davam etmiş qardaşlıq əlaqələrimiz var. Bu gün Azərbaycan xalqı özbək xalqının fikrində və gözündə müzəffər bir xalqdır. 44 günlük Vətən müharibəsində Zəfər və 23 saat çəkmiş antiterror tədbirləri nəticəsində Xankəndinin azad edilməsi dünyanı heyrətə saldı. Buna görə qardaş xalq olaraq sizi ürəkdən təbrik edirik. Fizülidə Özbəkistan xalqının hədiyyəsi olaraq məktəb tikildi. Bu dəfə əvvəlki illərdəki kimi, milyona yaxın məcburi köçkünü olan, torpaqlarının 20 faizi işğal edilmiş xalqın yox, qalib xalqın qonağı olduq. İndi bizim jurnalistlər müxtəlif televiziya kanallarında bu barədə məlumatlar verir və ictimaiyyəti məlumatlandırırlar.
– 23 saatlıq local xarakterli antiterror tərbirlərinə münasibətiniz necədir?
– Bu məsələ ilə bağlı azərbaycanlı jurnalistlərin işi faydalı oldu, yaxşı çalışdılar. Yəni, məsələnin mahiyyətini dünya ictimaiyyətinin nəzərinə çatdıra bildilər. Qarabağı tərk edən ermənilərdən heç bir təzyiqə məruz qalmadıqları barədə çoxlu müsahibələr aldılar. Dünya da gördü ki, Azərbaycan tərəfindən Qarabağı tərk edən ermənilərə qarşı hər hansı bir diskriminasiya, təcavüz olmadı. Amma bundan 30 il əvvəl – 1992-1993-cü illərdə, hətta, 1988-ci ildə erməilərin azərbaycanlılara qarşı nələr etdiyini bütün dünya bilir. Azərbaycan tərəfi isə öz torpaqlarını azad edərkən belə əməllər törətmədi. Sakit bir şəkildə ermənilərə “Qalın, yaşayın” dedi. İndi cinayətkarlar həbc olunublar, onların məhkəmələri gedir. Bütün dünya görür ki, Azərbaycan haqsevər və müzəffər ölkədir.
S.ELAY
XQ