Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə xalq şairi Sabir Rüstəmxanlının məşhur “Ömür kitabı” əsəri ingilis dilində nəşr olunaraq Qərbi Balkan və Avropa oxucularına təqdim edilib.
Kitab Sarayevoda fəaliyyət göstərən “Bookline” nəşriyyatında çapdan çıxıb. Əsərə yazdığı ön sözdə Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, ədəbiyyatşünas-alim Vilayət Quliyev Sabir Rüstəmxanlının zəngin ədəbi irsindən məhz bu əsərin seçilməsini onun xalqımızın qədim tarixi, mədəniyyəti, mənəvi dəyərləri və mübarizə yolunu bədii-publisist dillə parlaq şəkildə əks etdirməsi ilə əsaslandırıb.
Səfirliyin nəşr proqramı çərçivəsində kitab Sarayevodakı diplomatik nümayəndəliklərə, ali məktəblərə, kitabxanalara və Avropanın nüfuzlu elmi mərkəzlərinə hədiyyə ediləcək.
XQ