Dövlət Mahnı Teatrında dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun (1915-1989) anım günü münasibətilə sənətkarın xatirə otağı yaradılıb.
Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Rəşid Behbudovun xatirə otağını ziyarət edib.
O, unudulmaz Rəşid Behbudovun Kukla Teatrında keçən illərini, Mahnı Teatrını məhz indiki binada yerləşdirmək yolunda mübarizələrini, nəhayət, bina Mahnı Tetarının ixtiyarına veriləndən sonra təmir-bərpa işlərini gerçəkləşdirmək yolunda səylərini, narahatlıqlarını xatırlayıb.
Akademik Rafael Hüseynov Rəşid Behbudovun yaratdığı və adını daşıyan teatrda Xatirə otağının yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Rəşid Behbudov yolunda çox zəhmətlər çəkən Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyevi və əfsanəvi müğənni Rəşid Behbudovun qızı, Əməkdar artist Rəşidə Rəşidi təbrik edib.
XQ